ABO sülh müqaviləsi (18.VIII. 1743). Finlandiyanın Abo (indi Turku) şəhərində imzalanmış və Rusiya ilə İsveç arasındakı 1741-1743 illər müharibəsinə (Müharibə) son qoymuşdu. Sərhəd Kümmene çayı boyunca müəyyənləşdirildi, Finlandiyanın Kümeneqor və Savolak vilayətinin bir hissəsi Rusiyaya keçdi.