+2 səs
219 baxış
Şəxslər, Tarix bölməsində

AAHEN sülh müqavilələri nədir?

1 cavab var:

+1 səs
 

1) 02.V.1668. İngiltərə və Hollandiyanın vasitəçiliyi ilə İspaniya və Fransa arasında imzalanmış, Fransanın ispan Niderlandı uğrunda İspaniya ilə apardığı 1667-1668 illər müharibəsinə (Müharibə) son qoymuşdu. Müqavilənin (Beynəlxalq müqavilə) şərtlərinə görə, Fransa işğal etdiyi 11 Belçika şəhərini öz əlində saxladı, Konteni isə İspaniyaya qaytardı.

2) 18.X. 1748. İngiltərə və Hollandiya ilə Fransa arasında imzalanmış, bir tərəfdən Bavariya, Fransa, İsveç, İspaniya, Neapol, Saksoniya, Sardiniya, Prussiya və bir sıra xırda alman dövlətləri, digər tərəfdən isə Avstriya, Hollandiya, İngiltərə və Rusiya arasında Avstriya irsi uğrunda gedən 1740-1748 illər müharibəsinə son qoymuşdu. Müqavilənin şərtlərinə görə, Avstriya imperatoru VI Karl Habsburq tərəfindən 1713 ildə imzalanmış, Habsburqların torpaqlarının bölünməzliyini, imperatorun oğlu olmadığı təqdirdə taxt-tacın onun böyük qızına verilməsini nəzərdə tutan Praqmatik sanksiya təmin edildi, Sileziya Prussiyaya verildi, İspaniya və Sardiniya İtaliyada, qismən Avstriya mülkləri hesabına əra zilər əldə etdi, Fransa Niderlandda tutduğu torpaqları qaytarmalı, Mədrəsi və Amerikadakı bir sıra kiçik əraziləri İngiltərəyə geri verməli idi. İngiltərə asiento haqqında müqaviləni (ingilis kompaniyalarının Amerikadakı İspaniya müstəmləkələrinə qul gətirmək hüququ) 4 il uzatmağa və Dyunkerk istehkamlarının dağıdılması barədə qərar qəbul edilməsinə nail oldu.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...