+1 👍
277 👀
Şəxslər, Tarix

AAHEN Konqresi nədir?

1 Ответ

0 👍
 
Лучший ответ

Müqəddəs ittifaqın yaradılmasından sonra ilk diplomatik konqresdir (Beynəlxalq konqres). Konqresdə 1814-1815 illər Vyana konqresindən sonra Avropada beynəlxalq münasibətlərə dair bir sıra qərarlar qəbul edildi. Konqresin başlıca iştirakçıları / Aleksandr (Rusiya), Metternix (Avstriya-Macarıstan), Keslri (İngiltərə), Qardenberq (Prussiya) və hersoq Rişelye (Fransa) idi. 2.X. tarixində ilk protokol imzalandı. 9.X. 1818 ildə Rusiya və Fransa arasında (Beynəlxalq konvensiya) konvensiya imzalandı. Bu konvensiyaya görə müttəfiqlərin qoşunları 30.XI.1818 il tarixdən gec olmayaraq Fransanı tərk etməli idi. Təzminat məbləği 265 milyon frank həcmində müəyyənləşdirildi. 1.XI. 1818 ildə Fransada bərqərar olmuş qaydanı silahlı yolla qorumaq məqsədilə Dördlər ittifaqı yaradıldı. 15.XI.1818 ildə beş dövlət tərəfindən iki sənəd: protokol və Bəyannamə imzalandı. Protokol konqres iştriakçılarının üzərinə Avropada sülhün təmin olunması üçün öhdəlik qoyurdu. 15.XI.1818 il bəyannaməsi beynəlxalq hüququ, sakitliyi, əqidə və əxlaqı qorumaq məqsədilə konqres iştirakçılarının həmrəyliyini elan edirdi və nəşr olunmaq üçün nəzərdə tutulmuşdu. 21.XI.1818 ildə Rusiya, İngiltərə, Avstriya və Prussiya nazir-rezident dərəcəsi haqda protokol imzaladılar. Bu dərəcənin Vyana reqlamentində nəzərdə tutulmadığını əsas gətirərək A.k. iştirakçıları müəyyən etdilər ki, nazir-rezidentlər ikinci dərəcəli nazirlərlə (diplomatik nüma-yəndələrlə) işlər müvəkkili arasında orta sinif təşkil etsinlər. Səfir və diplomatik nümayəndə ilə bərabər qaydada nazir-rezident dövlət başçısı yanında, işlər müvəkkili isə xarici işlər naziri yanında akkreditə olunurdu. Bu saziş beynəlxalq hüququn və diplomatik etiketin ümümqəbui olunmuş normasına çevrildi. 1961 il Diplomatik Əlaqələrə dair Vyana Konqresi diplomatik sinifləri və dərəcələri müəyyən etdikdən sonra müasir beynəlxalq təcrübədə nazir-rezident dərəcəsi istifadə olunmur.

Похожие вопросы

+2 👍
1
+1 👍
1
18 01, 20 anonim
...