+1 səs
168 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

ABŞ Atlantika Şurası nədir?

1 cavab var:

0 səs
 

ABŞ-da «Atlantizm» nəzəriyyəsi tərəfdarlarını birləşdirməyə xidmət edən çoxməqsədli siyasi-elmi qeyri-hökumət təşkilat; 1961 ildə təsis edilib. Mənzil-qərargahı Vaşinqtondadır. Əsas vəzifəsi xarici siyasət sahəsində elmi-tədqiqat işləri aparmaqdır. Bu tədqiqatlarda Atlantaarası əlaqə məsələlərinə, iqtisadi problemlərə, inkişaf edən ölkələr barədə siyasətə, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin roluna və «atlantizm» ideyalarının təbliğinə başlıca diqqət yetirilir. A.Ş.-nın tərkibinə ən iri korporasiyaların, siyasi elitanın, hərbisənaye komplekslərinin nümayəndələri, görkəmli alim-politoloqlar daxildir. A.Ş.-ı ən iri inhisarlar və fondlar, habelə fərdi və bəzi hallarda isə hökumət dotasiyaları hesabına maliyyələşdirilir. A.Ş.-nın «Atlantic Community Quartely» jurnalı, «Atlantic Community News» informasiya bülleteni və «Policy Papers» kimi dövri məcmuələri nəşr edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
...