+1 голос
239 просмотров
от в категории Terminlər, Sözlər

Aberrasiya (aberration) nədir?

1 Ответ

0 гол-в
от
 
Лучший ответ

Aberrasiya (aberration) – Optik sistemin vә real obyektivlәrin yaratdığı tәsvir (görüntü) tәhriflәri. Sistemin әsas әyilmә bucağına düşәn geniş şüa dalğalarından istifadә zamanı optik sistemlәrdә (kamera, mikroskop, fotoaparat vә s.) tәsvirlәrin tәhrif olunması. Әsas Aberrasiyalar iki yerә bölünür: monoxromatik vә xromatik. Monoxromatik Aberrasiya geniş, elәcә dә dar oxdankәnar monoxromatik işıq selindәn istifadә zamanı üzә çıxır; xromatik Aberrasiya isә tәsvirin geniş spektrli dalğa uzunluqlu işıq seli vasitәsilә formalaşdırılması zamanı әmәlә gәlir. İstәnilәn toplayıcı linza dürüst tәsvir verdiyinә görә obyektivә çevrilsә dә, adi linzadan obyektiv kimi istifadә etmәk cәhdi keyfiyyәtsiz tәsvir alınmasına gәtirib çıxarır: sahәnin mәrkәzi kifayәt qәdәr aydın görünmür, kәnarlarda isә tam tutqunluq yaranır, parlaq sahәlәrin sәrhәdlәrindә rәngli zolaqlar әmәlә gәlir, tәsvir sahәsinin kәnarındakı düz xәtlәr әyilir. Ümumiyyәtlә, tәsvirin qurulması zamanı üç mühüm qayda gözlәnilmәlidir: a) işıq sistemә paraksial dәstәlәr şәklindә daxil olur; b) dәstәlәr sistemin optik oxu ilә kiçik bucaqlar әmәlә gәtirir; v) dalğanın uzunluğundan asılı olmayaraq optik elementlәrin sınma göstәricisi bütün şüalar üçün sabitdir. Bu şәrtlәrin yerinә yetirilmәmәsi Aberrasiyanın yaranmasına sәbәb olur, yәni bir nöqtәdәn çıxan şüalar linzadan keçdikdәn sonra tәhrifә, itkiyә mәruz qalır vә nәticәdә yenidәn bir nöqtәdә cәmlәşә bilmir.

Похожие вопросы

+1 голос
4 ответов
спросил 17 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
3 ответов
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
1 ответ
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
1 ответ
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+2 гол-в
2 ответов
спросил 13 Окт от аноним в категории Terminlər, Sözlər
...