+1 səs
178 baxış
Şəxslər, Tarix bölməsində

Vladimir İvanoviç Smirnov kimdir?

1 cavab var:

0 səs
 

Vladimir İvanoviç Smirnovun (1910-1988) uşaqlıq və gənclik illəri inqilabdan sonrakı iğtişaşlı dövrdə keçmişdir. Məktəblərə daxil olmaq istəyənlərə qoyulan məhdudiyyətlər (Smimov kiçik tacir ailəsində anadan olmuşdu), ağır maddi vəziyyət - bütün bu çətinliklər müvəffəqiyyətlə aradan qaldırıldı. 1929-cu ildə Smirnov Moskva Dağ Akademiyasının metallurgiya fakültəsinə daxil oldu, bir az sonra, öz xatirələrində yazdığı kimi, "romantika xəstəliyinin" təsiri altında geologiya fakültəsinə keçdi.

O, sənəti ilə hələ tələbəlik illərindən məşğul olmağa başlamışdı. Şimali Qafqazda "Elbrus" polimetal mədənində iş icraçısı. Sibirdə "Pezas" qızıl mədənində geoloji partiyanın rəisi, Primoryedə "Verxniy" qurğuşunsink mədənində geoloq işləmişdir. 1934-cü ildə Moskva Geoloji-Kəşfiyyat İnstitutunu (Dağ Akademiyasının yenidən təşkili zamanı yaradılmış altı institutdan biri) bitirdikdən sonra Vladimir ivanoviç Orta Asiyada, əsasən, Tyan-Şanda axtarış və kəşfiyyat işlərilə məşğul olmuşdur.

Böyük Vətən müharibəsi dövründə ölkə partlayıcı maddələrin mühüm komponenti olan civənin əsas hissəsinin çıxarıldığı Donbası itirdi. Təcili surətdə bu strateji metalın yeni mənbələrini axtarıb tapmaq lazım idi. Gənc Smirnov belə çətin vəzifənin öhdəsindən bacarıqla gəldi. O, mürəkkəb şəraitdə, sözün həqiqi mənasında, boş yerdə civə istehsalını təşkil etdi. Orta Asiyada müharibədən əvvəl kiçik bir yataq olan Xaydarkan yatağı onun əməyi sayəsində ölkədə bu metalın ən iri istehsalçısı oldu və müdafiə sənayesinin ehtiyaclarını tamamilə ödədi.

Smirnov çox tez, 35 yaşında Orta Asiyanın civə yataqlarına həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmişdir. 1946-cı ildə isə o, faydalı qazıntıların ümumittifaq komissiyasının sədri və SSRİ geologiya nazirinin müavini oldu. Aydın təfəkkürü, cəsarətli (bəzən həyatı və rifahı üçün riskli olan) qərarlar qəbul etmək bacanğı xüsusilə onun nazir müavini kimi fəaliyyət göstərdiyi dövrdə təzahür etdi.

Üzərinə düşən çox çətin vəzifə və gərgin iş rejimi 1951-ci ilin əvvəlində Vladimir Ivanoviçin ağır xəstələnməsinə gətirib çıxardı. O vaxtlar geoloqlara qarşı kütləvi repressiyalar baş alıb gedirdi. Çox güman ki, elə xəstəlik də Smirnovu onun həmkarlarının və müəllimlərinin bir çoxunun aqibətindən xilas eldi. Sağaldıqdan sonra o, istehsalatda idarəçilik işindən uzaqlaşdı və həyatının M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və SSRİ Elmlər Akademiyası ilə bağlı olan yeni - elmi-pedaqoji mərhələsi başlandı.

Moskva Dövlət Universitetində Smirnov faydalı qazıntılar kafedrasını yaratdı və burada, demək olar ki, hər kurs üzrə özü mühazirələr oxudu. Lakin onun əsas yaradıcılıq məhsulu "Faydalı qazıntıların geologiyası" kursu oldu ki, bunun da materialları əsasında sonralar SSRİ-də 4 dəfə nəşr olunmuş və dünyada onlaria dilə tərcümə edilmiş eyni adlı fundamental əsər çap olundu. Smirnovun kitabı işıq üzü görənədək dünyanın geoloji ədəbiyyatında artıq çox nüfuzlu şəxsiyyətlər var idi. Filiz yataqlarının geologiyasının öyrənilməsi sahəsində rəhbər rol oynayan Amerika-Kanada məktəbi əsas diqqəti yataqların strukturunun və geoloji quruluşunun öyrənilməsinə verirdi. Amma yataqların formalaşma şəraiti filiz əmələgəlmə proseslərinin öyrənilməsində aparıcı halqa deyildi. Vladimir ivanoviç geokimyanın, eksperimental mineralogiyanın, peirologiyanın və filologiyanın yeni nailiyyətlərinə əsaslanaraq yataqların yaranması prosesində müxtəlif filizlərin fiziki-kimyəvi əmələgəlmə şəraitinin araşdırılmasının mühüm rol oynadığını göstərdi.

Sualtı vulkanların yaxınlığında filiz əmələgəlmə nəzəriyyəsinin işlənib hazırlanmasında Smirnov mühüm rol oynamışdır. Bu nəzəriyyə SSRl-nin bir çox mədən-l'ıliz rayonlarına (Ural, Altay, Qafqaz və s.) həyal verdi. Qədim sualtı vulkanlarla sıx əlaqədə olan onlarla iri polimetal yatağı açıldı.

Vladimir İvanoviç çox gözəl pedaqoq idi. Onun mühazirələrində hər şey xırdalıqlarına - hətta jest və intonasiyaya qədər düşünülmüş olur, fikir son dərəcə sadə ifadə edilirdi. Yumşaq səs və xarici effektlərdən uzaq olan ahəngdar nitq dinləyicilərin hafizəsinə həkk olunurdu. Alimin şəxsi kitabxanasında natiqlik sənətinə aid əsərlərin geniş toplusu vardı və o bu kitablardan istifadə edərək çox ciddi surətdə mühazirələrə hazırlaşardı.

Ömrünün sonunadək Vladimir İvanoviç Smirnov ölkənin filiz geologiyası sahəsində hamı tərəfindən lider kimi qəbul edilirdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
...