+1 səs
230 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Antarktida buzları altında nələr var?

1 cavab var:

0 səs
 

Altıncı kontinentin səthinin 95%-ni buz örtür. Antarktidanın buzlaq örtüyü nəhəng günbəzə bənzəyir. Mərkəzdə onun hündürlüyü dəniz səviyyəsindən 4000 m yüksəkdir. Dağ zirvələri buzu ancaq örtüyün kənarlarında deşir və onların hündürlüyü 2000-2500 m-ə çatır.

Antarktidanın mərkəzində dağlar nə üçün səthə çıxmır? Bəlkə mərkəzi rayon nəhəng düzənlikdir? Bəlkə o, dəniz səviyyəsindən aşağıda yerləşir? - Antarktida materikdirmi? - sualı məhz belə ortaya çıxmışdır. Bu suala cavab vermək üçün buzdan aşağıları öyrənmək lazımdır. Bunu dərin seysmik zondlama (DSZ) üsulu ilə həyata keçirmək mümkün olmuşdur; partlayış dalğası buzdan keçərək süxur sərhədinə çatır, sonra əks olunaraq səthə qayıdır. Cihazlar dalğanın gedib-gəlmə vaxtını ölçür. Vaxt və dalğanın yayılma sürətini bilərək buzun qalınlığı hesablanır.

Ayrı-ayrı ölkələrin alimlərinin müxtəlif metodlarla apardıqları ölçmələrdən sonra, ilk dəfə olaraq, Antarktidanın buzaltı relyefinin xəritəsi tərtib edildi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
+1 səs
3 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+3 səs
3 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
...