+2 səs
1,020 baxış

İlğım nədir?

5 Cavab

0 səs
 

Bu, atmosferin ən möcüzəli optik hadisələrindən biridir. İlğım zamanı müxtəlif pred-metlərin yalançı təsvirləri zühur edir. Bu proses işıq şüalarının müəyyən şəraitdə əyilməsi nəticəsində yaranır. Məsələn, çox isti səhra havasında, Arktikada isti və soyuq hava kütlələrinin bir-birini əvəz etməsi nəticəsində, okeanın su səthində temperatur fərqi olduqda və s. Bu zaman predmet özünün mövqeyindən kənarda, bəzən müəyyən hündürlükdə görünür. Bəzən isə çox-çox uzaqda üfüqün arxasında görünür. Kəskin təhrif olunan işıq şüalarına görə görünən təsvirlərdə bəzən mövcud olmayan şəhərlər, göllər, dağ sistemləri, çaylar və s. gözə çarpır.

0 səs
İlğım nədir
0 səs
Sərab.
İlğım adamı allader (Qazax); İlğım yayda issidə olır (İmişli); İlğım küdri yerdə olır (Sabirabad).
0 səs
Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi; sərab.
Dərənin hündürlərində, yanıb bozarmış güneylərdə duman kimi qatı ilğım qaynayırdı. (İ.Hüseynov).
0 səs
Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi. Geniş yayılmasına baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 03 Oktyabrda anonim
0 səs
0 cavab
soruşub 27 Sentyabrda anonim
0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 17 Sentyabrda anonim
0 səs
0 cavab
soruşub 11 Sentyabrda anonim Biznes, Maliyyə bölməsində
...