+2 səs
284 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Şəhər nədir?

1 cavab var:

+1 səs
 

Şəhər qurunun elə bir sahəsidir ki, orada təbii mühit dəyişdirilmiş (və ya məhv edilmiş), onun yerində binalar tikilmiş, elektrik və rabitə xətləri çəkilmiş, bir sözlə, hər şey insanın ehtiyacını ödəməyə yönəldilmişdir. Şəhərdə rast gəlinən ağaclar, kollar, çəmənliklər belə təbiətin dəyişdirilməsinin nəticəsidir.

İnsan hər şeyi dəyişdirir. Şəhərlərin havası da təbii mühitin havasından fərqlənir, çünki elektrik stansiyalarından, nəqliyyat və sənaye müəssisələrindən atmosferə külli miqdarda tullantı daxil olur. Torpaq sahələri tikilən evlərin və salman küçələrin altında qalıb məhv olur. Tikilməmiş sahələr isə məişət tullantıları ilə çirkləndirilir. Metro üçün tunel və ya evlərin bünövrələri qazılarkən çıxan torpaq və qrunt yarğanlara və kiçik çayların yataqlarına tökülür. Bununla da relyefvə çay şəbəkəsi dəyişir. Məsələn, Moskvada 100-dən çox təbii su mənbəyi yox olmuşdur. Kanalizasiya, su xətləri və digər kommunikasiyalar çəkilərkən də yerin dərin qatlan qazılır. Şəhərlərdəki metro 4 m-dən 70 m-ə qədər dərinlikdə salınır.

Şəhərlərdəki yeraltı sulann rejimi də təbii mühitdəkindən fərqlidir. Bunun bir neçə səbəbi var. Əvvəla, ona görə ki, torpağın üst qatı asfaltla örtülür, binalar tikilir və qar, yağış suları qrunta daxil ola bilmir. Digər tərəfdən, bir çox şəhərlərdə yeraltı sulardan istifadə olunur. Lakin yeraltı qatlara daxil olan su oradan çıxarılan sudan dəfələrlə az olur. Nəticədə yeraltı sular quruyur və qruntun çökməsinə gətirib çıxarır. Məsələn, Hyustonda (ABŞ, Texas ştatı) şəhərin mərkəzindən 64 km radiusda yer 3 m çökmüşdür. Şəhərin sakinləri zarafatla deyirlər ki, əgər belə davam etsə, 200 ildən sonra 45 mərtəbəli göydələnin damı dəniz səviyyəsindən aşağı düşəcək.

Yaponiyanın Tokio və Osaka şəhərlərinin bəzi rayonlarında yeraltı suların çəkilməsi nəticəsində torpaq ildə 18 sm sürətlə çökür. Mcxikoda (Meksika) incəsənət sarayı 4,8 m, Milli teatr isə 3 m çökmüşdür və ildə 13 sm sürətlə çökməkdə davam edir.

Sözsüz ki, bu prosesdə şəhər tikintilərinin “xidməti” az deyildir. Ağırlığa “dözməyən” qrunt qeyri-bərabər halda çökür, ona görə də bəzən binalar ya əyilir, ya da çat verir. Bu proses metro tunellərinin keçdiyi yerdə daha fəal surətdə baş verir. Yerin çökmə prosesinin sürəti Moskvada ildə 1 m, Sankt-Peterburqda 0,8 m, Bakıda 26 sm, Kiyevdə 0,5 sm-dir. Binanın qrunta təzyiqinin gücü onun mərtəbəsindən asılıdır. Məsələn, 10 mərtəbəli bina hər I m2-ə 30 ton ağırlıq verir.

İnsanın təsərrüfat fəaliyyətindən asılı olaraq Yerin alt qatlarında və üstündə təbii proseslər də fəallaşır. Bunlara misal olaraq uçurum və çökəklikləri, yer qabığının çökməsini, qruntun sürüşməsini, qrunt sularının səviyyəsinin qalxmasını göstərmək olar. Qrunt suları yer səthinə yaxınlaşdıqda (3 m və daha az) ərazini su basması hadisəsi baş verir. Şəhərlər əhalinin çox cəmləndiyi yer olduğu üçün burada yer təkinin təbii proseslərinə müdaxilə edilməsi arzuolunmazdır.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
0 səs
1 cavab
soruşub 13 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...