+2 səs
210 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Şəhərlərin ömrü uzunmu olur?

1 cavab var:

0 səs
 

Şəhərlər də, insanlar kimi, yaşayır və ölür. Kiçik Asiyada Troya şəhərinin (indiki Türkiyənin ərazisi) aqibəti hamıya yaxşı məlumdur. Homerin "iliada" əsərində bu şəhər uğrunda on il müharibə getdiyi barədə geniş məlumat verilir. Lakin bu şəhər yer üzündən çoxdan yox olmuşdur. Yalnız XIX əsrin 70-ci illərində onun qalıqlarını alman arxeoloqu Henrix Şliman aşkar etdi. Homerin əsərinə əsaslanaraq o, Hisarlıq adlanan təpəliklərdə qazıntı işlərinə başladı. Nəticədə əfsanəvi Troya şəhərinin qalıqlarını və həmçinin onun sonuncu çarı Priamın xəzinəsini tapdı. Daha sonra aparılan tədqiqatlar göstərdi ki, Hisarliq adlanan ərazidə 9 şəhər mövcud olmuşdur, bu şəhərlər təxminən 2 min il ərzində bir-birinin ardınca yaranmış, yaşamış və yer üzündən silinmişdir.

Elə qədim şəhərlər var ki, onlar bu gün də mövcuddur. Onlardan e.ə. VIII əsrdə əsası qoyulmuş "əbədi şəhər" Roma (İtaliya) və e.ə. XVI-XIII əsrlərdə yaranmış Afina (Yunanıstan) şəhərini göstərmək olar. Ən qədim rus şəhəri Novqoroddur, eramızın 859-cu ilində yaranmışdır. Rusiya ərazisində ən qədim şəhər isə 458-cı ildə salınmış Dərbənd şəhəridir.

Elə şəhərlər də var ki, onların yaşı on illərlə ölçülür. Onlar nadir faydalı qazıntı yataqlarının ətrafında salınır və yataqların ehtiyatı tükəndikdən sonra əhali oranı tərk edir. Belə şəhərlər Rusiyada Qərbi və Şərqi Sibir ərazisində, ABŞ-da isə Qayalı dağlar rayonunda yayılmışdır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...