+1 səs
184 baxış
Tibb, Sağlamlıq bölməsində

Xolesterin və trombu əritmək üçün necə qidalanmaq lazımdır?

1 cavab var:

0 səs
 

Qan damarında, ürək boşluğunda yaranan laxta qan zaman keçdikcə böyüyərək tromba çevrilir, tıxanmaya səbəb olur. Bu səbəbdən damarda qan axını pozulur və bu, işemik infarktla nəticələnə bilir. Trombozun qarşısının alınmasına hələ gənc yaşlarda başlamaq məsləhət görülür.

Effektiv müalicə üsulları arasında  qan laxtalanmasını azaldan və ürək əzələlərini gücləndirən müntəzəm fiziki aktivlik də var. Bundan əlavə, doymamış yağ qəbulunu məhdudlaşdırmaq və qidalanmaya diqqət etmək lazımdır.

Mütəxəssislər qan laxtalanmasının qarşısını almaq üşün bir neçə məhsulun adını xüsusilə çəkirlər. Hesab olunur ki, limon bu mənada xüsusilə faydalıdır, çünki tərkibindəki turşu bədəndəki kiçik qan laxtalarını əridir.

Daha faydalı olması üçün həftədə bir limonu şəkərsiz yemək lazımdır.

Damar cavanlığının qorunmasında başqa bir köməkçi çuğundur sayılır.

Barts və London Tibb Məktəbinin alimləri sübut ediblər ki, çuğundur şirəsi və ondan hazirlanmış qidalar qan təzyiqini normallaşdırır və infarkt, insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Alimlər, sarımsağı qan damarlarının tıxanmasına qarşı mübarizədə təsirli bir vasitə adlandırıblar. Sarımsaq hətta xolesterol ərplərini, duz artıqlarını həll etməyə qadirdir.

Xüsusi bir effekt üçün altı limonun şirəsinə bir baş  sarımsaq əlavə etməklə qarışıq da hazırlamaq olar. Bu qarışıq mütamadi qəbul olunsa, yuxarıda qeyd etdiyimiz problemlə qarşılaşmarıq!

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
+3 səs
1 cavab
0 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
0 cavab
...