+1 səs
140 baxış
Qanun, Hüquq bölməsində

Partlayış təhlükəli maddə və məmulatları daşıyan avtomobillərin səsboğanları hansı tələblərə cavab verməlidir?

1 cavab var:

0 səs
 

Partlayış təhlükəli maddə və məmulatları, tez alışan maye və qazları (çəndə və ya konteynerlərdə) daşıyan nəqliyyat vasitəsi radiatorun qabağından sağ tərəfə çıxan səsboğanla təchiz edilir. Mühərrikin yerləşməsi bu cür avadanlıqlaşdırmaya imkan vermədikdə, səsboğan yanacaq borularından, bandan və çəndən aralı sağ tərəfə çıxarılır.

Tez alışan maye və qazları daşıyan nəqliyyat vasitəsinin səsboğanı asan sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilir.

Həmin nəqliyyat vasitələrinin yanacaq çənlərinin qabaq və arxa tərəfləri metal lövhələrlə qorunmalı, oturacağına 10x10 mm ölçüdə deşikləri olan metal tor quraşdırılmalıdır. Metal lövhə və torla çənin arasındakı məsafə 20 mm-dən az olmamalıdır.

...