+1 səs
79 baxış

Göy qurşağı

1 cavab var:

0 səs
 

Bəzən günəş şüaları bulud və yağışdan keçərək, onların fonunda, kinoekranda olduğu kimi, qeyri-adi təsvir yaradır. Buna göy qurşağı da aiddir.

Göy qurşağı səmanı tez-tez bəzəyir. Bu, atmosferin ən parlaq optik hadisələrindən biridir. Onun yaranmasının səbəbi günəş şüalarının su və ya buxar zərrələrində sınaraq əks olunmasıdır. Düzənliklərdə göy qurşağı qövs (bəzən yarımdairə) şəklində görünür. Çünki onun mərkəzi Günəşin əksində olan nöqtədə yerləşir. Aşağı ucları isə, sanki, Yerə batır. Ona görə də günorta vaxtı göy qurşağını görmək olmur. Günəş üfüqdə çox yuxarı qalxır, onun əks nöqtəsinin proyeksiyası quru və ya dənizə düşür. Hündür dağlardan baxarkən və yaxud da təyyarə ilə uçarkən tam dairəvi göy qurşağını hətta gündüzün günortaçağı da görmək mümkündür. Düzənliklərdə isə onu axşamlar və yaxud səhər saatlarında müşahidə etmək olar. Yağış yağdıqda səmanın Günəşə əks olan tərəfində göy qurşağı yaranır.

Göy qurşağının orta haləsi hökmən qırmızı olur. Ondan sonra narıncı, san, yaşıl, mavi, göy və bənövşəyi rənglər bir-birini əvəz edir. Bəzən əsas göy qurşağının xarici hissəsində, bir qədər aralı ikinci qurşaq da əmələ gəlir.

Xırda zərrələrdən təşkil olunmuş dumanda “ağ” göy qurşağını müşahidə etmək olar. Bu qurşağın yalnız kənarları sarı və ya narıncı rənglənir, daxili isə mavi və yaxud bənövşəyi rəngdə olur. Kiçik göy qurşağını aydın, günəşli gündə fontan fəvvarəsində də müşahidə etmək olar. Bu vəziyyəti günorta görmək üçün günəşlə su damcıları arasında dayanmaq lazımdır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 02 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...