+1 səs
140 baxış
Qanun, Hüquq bölməsində

Təhlükəli yüklər hansı avtomobillərdə daşına bilər?

1 cavab var:

0 səs
 

Təhlükəli yüklər ixtisaslaşdırılmış xüsusi banlı və ya onların daşınması üçün avadanlıqlaşdırılmış xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ilə daşınır. Həmin nəqliyyat vasitələrinin texniki-istismar göstəriciləri və texniki vəziyyəti onları istehsal edən zavodun təlimatının, «Nəqliyyat haqqında» və «Yol hərəkəti haqqında» qanunların, müvafiq normativ aktların, bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməlidir.

Yuxarıda göstərilən texniki vasitələr Dövlətdağmədəntexnəzarət Agentliyi tərəfindən verilən şəhadətnamə əsasında DYP-də qeydiyyata alına bilər.

...