+1 səs
89 baxış
Qalo və yalançi günəş

1 cavab var:

0 səs

Bəzən qalo (yun. “qalos” - dairə, disk) kimi nadir hadisə ilə qarşılaşmaq olar. Bunlar Günəşi və ya Ayı əhatə edən dairələrin sonluğunda işıqlanan nazik dairəvi xətlərdir. Bəzən qalonun yarımdairə şəklində bir hissəsi parıldayır. Ondan sonra ikinci, üçüncü yarımdairələr yarana bilər. Onların sayı çox olsa da həmişə üfüqdən eyni hündürlükdə olurlar. Bəzən bu dairələrin və xətlərin içərisində parlaq işıqlı ləkə - bir neçə qalo və yalançı günəş, ay görünə bilər. Lakin onlar həmişə eyni xətt və eyni yüksəklikdə parlayırlar. Səmanın əks tərəfində də bu hadisə müşahidə edilə bilər.

Yalançı günəşin ətrafında işıqlı əyilmiş xaç işarəsi də görmək olar. Nadir hallarda qalonun dairəsinin daxilində işıqsaçan sütunlar da görünür. Qalo, lələkli-laylı buludlar üçün səciyyəvidir. Günəş şüaları xırda buz və su zərrələrində sınaraq səpələnir və xırda altıguşəli buz prizmaları əmələ gətirir. Bu kristallar optik xüsusiyyətlərinə görə nisbətən düz strukturları ilə fərqlənir. Qalonun yayılma sahəsi, çələngdən daha canlı olması və cazibədarlığı ilə fərqlənir. Bəzən lələkli-laylı buludlar atmosfer cəbhələrinin yaxınlaşmasından xəbər verir; ona görə də qalo hadisəsi havanın pisləşəcəyini göstərir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...