Hər hansı bir şəxsin özü tərəfindən sənəd şəklində tərtib edilmiş tərjümeyi-halı, onun şəxsi işinin bir hissəsidir (avtobioqrafiya hər hansı bir şəxsin özü tərəfindən yazılmış tərjümeyi-halıdır). Avtobioqrafiya işçinin xarakteristikasının tərtib edilməsində, onun həyat yolu və şəxsi keyfiyyətlərinin öyrənilməsində istifadə olunmalıdır: ifadə üslubu, həyatının bu və ya digər tərəflərinin daha qabarıq verilməsi insanın xarakterik xüsusiyyətləri barədə fikir söyləməyə imkan verir. Avtobioqrafiyada ən vajib əsas əmək və ijtimai fəaliyyətdir ki, o insanın həyat yolunu təsəvvür edib qiymətləndirməyə imkan verir.