+1 səs
181 baxış
Qanun, Hüquq bölməsində

Yanma məhsullarının kənarlasdırılması üçün tüstü bacalarına olan tələblər hansılardır?

1 cavab var:

0 səs
 

Konstruksiyalarında yanma məhsullarının kənar edilməsi tüstü bacaları nəzərdə tutulan qaz cihazlarından, sobalarından və digər qaz avadanlıqlarından yanma məhsullarının kənarlaşdırılması hər cihazdan, aqreqatdan və ya sobadan ayrılmış xüsüsi tüstu bacası ilə nəzərdə tutulmalıdır.

Mövcud binalarda yanma məhsullarının bacaya girişləri müxtəlif səviyyələrdə olmaq şərti ilə bir bacaya ikidən artıq olmamaqla binanın eyni və ya muxtəlif mərtəbələrində yerləşdirilmiş suqızdırıcıları və ya istilik sobalarının birləşdirilməsinin nəzərdə tutulmasına yol verilir. Bu halda bacaya girişlər biri-digərindən 0,75m-dən yaxın olmamalıdır və ya bacada 0,75m-dən az olmayan hündürlükdə eyni səviyyədə bölünmələr düzəldilməlidir.

Mövcud binalarda bacalar olmadıqda əlavə (yana qoyulan) bacaların nəzərdə tutulmasına yol verilir.

...