+1 səs
173 baxış
Çaylarin ölçüləri

1 cavab var:

0 səs
 

Çayları uzunluğuna görə böyük, orta və kiçik çaylara ayırmaq olduqca şərtidir. Çayda axan suyun miqdarı mühüm rol oynayır.

Bu həm də onun sutoplayıcı hövzəsinin sahəsindən asılıdr. Belə ki, məsələn, dünyanın ən uzun çayı Nil (6671 km) ən sulu və böyük hövzəyə malik olan çay deyildir. Su sərfinə (220 min m3/san) və hövzəsinin sahəsinə (7 180 000 km2) görə dünyada birinci yeri Amazon çayı tutur.

O bizim planetin ən sulu çayıdır, uzunluğuna görə (Maranyonun mənbəyindən 6400 km) Nil və Missisipidən (onun qolu Missuri də nəzərə alınmaqla) geri qalır. Su sərfi isə dünyanın ikinci sulu çayı olan Konqodan (Afrikada) beş dəfə çoxdur.

Rusiyanın nəhəng çayları - Volqa, Ob, Yenisey, Lena, Amur ölkənin çay sularının yarıya qədərini, hövzələrinin sahələri isə ərazisinin yarısını əhatə edir. Rusiyada ən uzun çay Obdur (İrtışın mənbəyindən 5410 km).

Bu həm də hövzəsi ən böyük olan çaydır (2 990 000 km2). Rusiyanın su sərfi böyük olan çayı isə Yeniseydir (19 800 m’/ san).

Azərbaycanın ən böyük çayları isə Kür və Arazdır. Kürün uzunluğu 1515 km-dir. Onun hövzəsinin sahəsi 188 000 km2-dir. Kür çayının mənbəyi Türkiyənin Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m yüksəklikdən başlanır. Mənsəbi isə Azərbaycan ərazisində Neftçala rayonunda -26,5 m səviyyədə Xəzər dənizidir. O, Azərbaycanın ən uzun çayıdır.

Azərbaycanın ikinci böyük çayı olan Arazın uzunluğu 1072 km-dir. O, mənbəyini Türkiyənin Ərzurum vilayətinin Bingöl silsiləsindən (2990 m) götürür. Mənsəbi isə Kür çayıdır (Sabirabad rayonunun Suqovuşan kəndi). Araz çayının hövzəsinin sahəsi 101 900 km2-dir.

Oxşar suallar

0 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim
+3 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...