+1 səs
234 baxış
Qanun, Hüquq bölməsində

Yanma məhsullarının kənarlaşdırılması üçün tüstü bacaları nəzərdə tutulan otaqlara olan tələblər hansılardır?

1 cavab var:

0 səs
 

Yanma məhsullarının kənarlaşdırılması tüstü bacalarına nəzərdə tutulan qaz su qızdırıcısı, həmçinin istilik qazanı və ya istilik aparatının yerləşdirilməsi üçün təyin edilmis otaqların hundurluyu 2m-dən az olmamalıdır. Otaqların həcmi bir cihaz qoyulduqda 7,5 m3 -dən və iki istilik cihazı qoyulduqda 13,5 m3 -dən az olmamalıdır.

Qazanlar, aparatlar və qaz su qızdırıcıları qoyulan mətbəxlərdə və ya otaqlarda ventilyasiya kanalları olmalıdır. Havanın daxil olması üçün bitişik otaqlara çıxan divarın və ya qapının aşağı hissəsində barmaqlıq və ya qapı ilə döşəmə arasında boşluq en kəsiyi 0,02 m2 -dən az olmayan ara nəzərdə tutulmalıdır.

...