+1 səs
174 baxış

Çaylarda buz necə əriyir?

1 cavab var:

0 səs
 

Rusiya, Alyaska və Kanadanın cənubdan şimala axan əksər çaylarının yuxarı hissəsində gursulu dövrdə buz sınaraq tərpənir, aşağı hissəsində isə hələ don açılmır. Buz parçaları donu açılmayan sahədə bir-birinə ilişib yığılır - pərçim əmələ gəlir. Bu, ən çox buz qalın olan yerlərdə yaranır, axın çətinləşir (xüsusilə, çaylar göllərə və su anbarlarına tökülən yerlərdə).

Belə sahələrdə böyük miqdarda, hətta həcmi 200 mln m3-ə qədər çatan buz yığılır. Su pərçim qarşısında 5-10 m qalxır, bu da gursululuq vaxtı çayda səviyyəni ötür. Əgər pərçim arxasına toplanan su onu yarırsa, buztərkibli nəhəng dalğa yaranır. Suyun sürəti 1,5 m/san-yə çatır, axın istiqamətində hər şeyi dağıdır, sahillərdə 3 m-ə qədər qalınlığında buz yığılıb qalır. Bu zaman ağac körpülər daha çox zərər çəkir. Bunu aradan qaldırmaq üçün buzqıranlarla və ya partlayışla buz pərçimlərini dağıdır.

Buz pərçimləri, hətta buz axınları çox təhlükəlidir. Onlar körpüləri, limanları dağıdırlar. Buna görə körpülərin dayaqları elə formada hazırlanır ki, buz axınları sərbəst keçib getsin. Buz axınları bir neçə gündən, yarım aya qədər davam edir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim
...