+1 səs
144 baxış
Qanun, Hüquq bölməsində

Yasayış evlərində qaz kəmərlərinin çəkilməsi zamanı hansı tələblər nəzərə alınmalıdır?

1 cavab var:

0 səs
 

Yasayıs evlərində qaz kəmərlərinin çəkilməsi, yaşayış olmayan otaqlarda nəzərdə tutulmalıdır.

Mövcud olan və yenidənqurma işləri aparılan yaşayış evlərində başqa imkan olmadıqda, alçaq təzyiqli qaz kəmərlərinin yaşayış otaqlarından tranzit kimi çəkilməsinə yol verilir. Tranzit çəkilən qaz kəmərlərinin yaşayış otaqlarından keçən hissəsində yivli birləşmələr və armaturlar olmamalıdır. Qaz dayaqlarının yaşayış otaqlarından və sanitar qovşaqlarından çəkilməsinə yol verilmir.

Daxili qaz kəmərləri, o cumlədən kanallarda çəkilənlər rənglənməlidirlər. Rənglənmək üçün suyadavamlı lak-boya materialları nəzərdə tutulmalıdır.

...