+1 səs
167 baxış
Qanun, Hüquq bölməsində

Qaz kəmərlərində bağlayıcı qurğular harda nəzərdə tutulmalıdır? 

1 cavab var:

0 səs
 

Qaz kəmərlərində bağlayıcı qurğular aşağıdakı yerlərdə nəzərdə tutulmalıdır:

  • yaşayıs evlərinin, ictimai, istehsalat binalarının girişlərində və ya birbirinə bitişik binalar qrupunda qaz sərfedən xarici qurğuların girişində;
  • həlqələnmiş qaz kəməri olduqda, iki və daha artıq QTM olan sistemlərdə, QTM-ə girişlərdə və QTM-dən çıxışlarda;
  •  qaz kəmərlərindən ayrı-ayrı mikrorayonlara, məhəllələrə, bir sahədə yerləşən evlər qrupuna və ya 400-dən cox mənzili olan evlərə ayrılan qollarda;
  • qaz təchizatının etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə, qaz kəmərlərinin ayrı-ayrı hissələrinin bağlanılması üçün;
  • su maneələrinin iki və çox xətlə kəsişdiyi yerlərdə, həmçinin su maneələrinin suyun orta axın səviyyəsində eni 75m və çox olduğu və bir xətlə kəsişdiyi yerlərdə;
  • I və II dərəcəli avtomobil yolları və ümumi dəmir yolu şəbəkəsi ilə kəsişən yerlərdə.
...