+2 səs
135 baxış
Qanun, Hüquq bölməsində

Qaz kəmərlərinin sualtı keçidlərdə kəsişdiyi su maneələrinin dibinə qədər dərinliyi necə nəzərə alınmalıdır?

1 cavab var:

0 səs
 

Qaz kəmərlərinin sualtı keçidlərdə kəsişdiyi su maneələrinin dibinə qədər dərinliyə salınmaqla nəzərdə tutulmalıdır. Ballastlasdırılmış qaz kəmərinin yuxarı layihə səthi çay dibinin proqnozlaşdırılan profilindən 0,5 m, gəmiçiliyə yararlı çaylarda isə 1 m aşağı səviyyədə, tikintinin qurtarmasından sonra 25 il muddətində çay dibinin mumkun ola bilən yuyulmasını nəzərə almaqla qəbul edilməlidir. Gəmiçiliyə yararlı olmayan çayların hövzələrində su altından keçidlər tikilərkən, həmçinin məcrası qaya və daş qruntlarda olan ərazilərdə qaz kəmərlərinin qoyulma dərinliyinin azaldılmasına yol verilir, lakin ballastlaşdırılmış qaz kəmərlərinin yuxarı səviyyəsinin ölçüləri istənilən halda, istismarın hesabi muddəti üçün çayın müəyyən olunmuş yuyulma dərinliyinin dibindən aşağı olması şərtilə qəbul edilməlidir.

...