+1 səs
192 baxış

Müasir hava proqnozları necə tərtib olunur?

1 cavab var:

0 səs
 

Havanın proqnozlaşdırılması üzrə xüsusi mərkəzlərdə proqnozçu-sinoptiklər cari hava və proqnoz xəritələrinin təhlilini aparırlar. Cari hava xəritələrində meteoroloji stansiyalardakı müşahidələrin nəticələri - temperatur, rütubət, təzyiq, buludların növü, yağıntılar, küləyin istiqaməti və sürəti, duman, çovğun, şaxta və digər məlumatlar xüsusi şərti işarələrlə qeyd edilir. Proqnoz xəritəsi coğrafi əsas üzərində meteoroloji göstəricilərin rəqəmli modellərinin yerləşdirilməsi nəticəsində tərtib olunur. Sinoptik çoxsaylı belə xəritələri təhlil əlavə hesablama nəticələrini cəlb etməklə, bizim radiodan və eşitdiyimiz, televizordan gördüyümüz və qəzetlərdən oxuduğumuz hava proqnozunu tərtib edir. Bəzi məqsədlər üçün insanın müdaxiləsi olmadan avtomatlaşdırılmış texnologiya nəticələri də tətbiq edilə bilər. Proqnoz-laşdırmanın belə avtopilotları statistik nəticələrin qəbulu və ya modelləşmiş göstəricilərin interpolya-siyası əsasında işləyir. Dünyanın çoxsaylı şəhərləri üzrə internet saytlarında yerləşdirilən informasiya belə avtomatlaşdırılmış yolla alınır. Lakin daha ciddi və məsuliyyətli məqsədlər üçün havanın proqnozlaşdırılması zamanı mütəxəssis-sinoptik tərəfindən bütün informasiyaların təhlili aparılmalıdır.

Proqnoz xəritələr necə hesablanır? Hesablamanın əsasında fizikanın bəzi qanunları dayanır. Hərəkət edən kiçik həcmli "hissəciyə" müxtəlif qüvvələr təsir göstərir. Hava "hissəciyi" müntəzəm olaraq, ya istilik alır, ya da onu itirir. Onu çoxsaylı belə "hissəciklər" əhatə etdiyi üçün, onların hərəkətini ayrı-ayrılıqda deyil, ümumi, böyük hava həcmində öyrənmək lazımdır, istilik və rütubət mənbələrinə təsir edən bütün qüvvələr öyrənilir, tənliklər sistemi qurulur və sonra həll edilir. Bu zaman günəş şüaları, konveksiya prosesi, turbulentlik, buxarlanma, hətta bitkilərin rolu və digər amillərin təsiri də nəzərə alınır.

Virtual reallıqda kompüterlərdə modelləşmə zamanı Yer koordinat şəbəkəsi ilə örtülür, atmosfer isə çoxlu təbəqələrə "parçalanır". Beləliklə, atmosfer çoxsaylı torlara (özəklərə) bölünmüş olur. Hər bir özək üçün bir neçə sutkalıq (aylıq, illik) hesablama aparılır. Atmosferin belə modelində riyazi dillə ifadə olunmuş həqiqi hava okeanı "yaşayır". Bu modellər olmadan havanın proqnozunu heç yaxın günlər üçün də dəqiqləşdirmək mümkün olmur. Hesablamadan sonra müxtəlif meteoroloji göstəricilərin kəmiyyətləri kompüterin yaddaşında saxlanılır. Lakin bu hələ son nəticə olmayıb, yalnız maşının başa düşəcəyi "yarımfabrikatlardır". insan havanın gələcəkdə necə olacağını bilmək üçün bu informasiyanı təhlil etməlidir.

Ən əyani üsul - müəyyən zamandan sonra atmosferin vəziyyətini əks etdirən bir neçə xəritənin tərtib edilməsidir. Əgər onlara kompüter ekranında fasiləsiz baxsaq, havanın hərəkəti haqqında cizgi filmini görmüş olarıq. Lakin mütəxəssislər bu zaman çox diqqətli olmalıdırlar. Çünki "cizgi" üsulu ilə proqnoz xəritələrinin tərtibi çox nadir hallarda həyata keçirilir. Xəritənin əyaniliyi üçün proqnoz ya kağız üzərinə köçürülür, ya da monitora çıxarılır.

Xoşbəxtlikdən havanın sinoptiklərin işini asanlaşdıran bir xüsusiyyəti var. Məsələ burasındadır ki, havanın xarakteri böyük atmosfer burulğanlarının - siklon və antisiklonların və hava kütlələrinin nəhəng hissələrinin - atmosfer cəbhələrinin hərəkətilə müəyyənləşdirilir. Beləliklə, havanın dəyişməsi nizamlı şəkildə baş verir. Sinoptik bu burulğan və cəbhələrin ardıcıl hərəkətini təhlil edərək müəyyən nəticəyə gəlir. Məhz təcrübəli sinoptiklər, ilk baxışda yekcins görünən xəritələrdə şaxta, buz bağlama, dolu, çovğun, sel və daşqın, qar uçqunu və digər əlverişsiz hava şəraiti təhlükəsini görə bilər (baxmayaraq ki, məhz bu hadisələrin dəqiq proqnozlaşdırılması çətinlik törədir).

Atmosfer təzyiqinin dəniz səviyyəsində və havanın təqribən 5 km hündürlükdə hərəkət xəritəsi xüsusilə əhəmiyyətlidir. Onların əsasında siklon və antisiklonların istiqamətini və sürətini dəqiq söyləmək mümkündür. Ayrı-ayrı rayon və məntəqələrin özünəməxsus iqlim xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, böyük şəhərlərdə şəhər ətrafına nisbətən daha istidir; daha çox rütubətli və quraq ərazilər mövcuddur; bəzi yerlərdə duman əmələgəlmə ehtimalı müxtəlifdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
0 səs
0 cavab
soruşub 23 İyunda, 21 anonim Digər bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
...