+2 səs
149 baxış
Qanun, Hüquq bölməsində

Qaz kəmərlərinin su maneələrindən keçidləri necə həyata keçirilməlidir?

1 cavab var:

+1 səs
 

Qaz kəmərlərinin su maneələrindən sualtı keçidləri hidroloji, muhəndis geoloji və topoqrafiya axtarış işlərinin göstəricilərinə əsasən nəzərdə tutulmalıdırlar.

Qaz kəmərlərinin sualtı kecid trassasının, çay məcrasının eninin az olduğu və sahili yuyulmayan, dayanıqlı və düzxətli hissəsindən keçirilməsi nəzərdə tutulmalıdır. Sualtı keçid trassalarının istiqaməti, bir qayda olaraq, çayın mərkəzi dinamik oxuna perpendikulyar nəzərdə tutulmalı və bu keçidlər çayın məcrasının qaya və daşlı sahillərindən kənarlasdırılmalıdır. Su maneələrinin orta mövsumi axın səviyyəsinə muvafiq olaraq, bu maneələrin eni 75 m və daha cox olduqda qaz kəmərlərinin sualtı keçidləri, bir qayda olaraq, iki xətli borulardan ibarət olmaqla bu boruların hər birinin hesabi qaz sərfinin 0,75 misli qədər qaz keçirmə qabiliyyətinə muvafiq nəzərdə tutulmalıdır. Qaz kəmərlərinin ikinci (ehtiyat) xəttinin nəzərdə tutulmamasına asağıdakı hallarda yol verilir:

həlqəvi qaz kəmərləri olduğu halda, sualtı keçid bağlanıldıqda qaz istehlakçılarının fasiləsiz qaz ilə təchiz edilməsi mumkun olarsa;

sənaye istehlakçılarına dalanlı qaz kəməri çəkildiyi halda, sualtı keçidin təmir olunduğu muddətdə bu istehlakçıların basqa yanacaq növunə keçmək imkanı olarsa.

Qaz kəmərləri təchizatında fasiləyə yol verməyən istehlakçılara çəkilmiş olduğu halda, su maneələrinin eni 75m-dən az olduqda və ya 10% təminatlı sərfə uyğun suyun yuxarı səthi (SYS) üzrə suların daşqın ərazilərinin eni 500m-dən artıq olduqda, həmçinin daşqın sular ilə ərazinin basılma muddəti 20 gündən çox davam etdikdə, həmçinin dayanıqlı dibi və sahili olmayan dağ çayları və digər su maneələri olduqda, bu kəsişmələrdə ikinci (ehtiyat) boru xəttinin çəkilməsinə yol verilir.

Sualtı qaz kəməri keçidlərinin uzunluğunu müəyyən edərkən, keçidin sərhəddi 10% təminatlı sərfə uyğun su maneələrində suyun yuxarı səthinin (SYS) qiymətlərindən asağı olmamaq şərti ilə müəyən edilən sərhədlərə uyğun qəbul edilir. Bağlayıcı qurğuların yerləşdirilməsi bu sahənin sərhədlərindən kənarda nəzərdə tutulmalıdır.

...