+1 👍
177 👀
Qanun, Hüquq

Yeraltı qurğularla kəsişən qaz kəmərlərinin çəkilməsi zamanı hansı tələblər gözlənilməlidir? 

1 Ответ

0 👍
 
Лучший ответ

Kommunikasiya kanalları (tunellər), piyada tunelləri, kollektorlar və başqa bunlara uyğun yeraltı qurğular ilə kəsişən qaz kəmərləri, habelə tikintilərdən keçən qaz futliyara salınmalı və korroziyaya (paslanmaya) qarşı örtüklə izolə edilməlidirlər. Futliyarın ucları kəsişdikləri tikilinin xarici divarlarından hər iki tərəfə ən azı 2 m-ə qədər çıxarılmalıdır, təbii yaxud süni düzəldilmiş və sıxılmış torpağa oturdulmalı, qətranlı liflərlə kipləşdirilməli və üzərinə bitum tökülməlidir. 

Qaz kəmərinin kəsişmə yerindəki və bundan hər iki tərəfə 5 m məsafədəki bütün qaynaq birləşmələri fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır. 

Kollektorun, tunelin, quyunun və s. divarlarından futliyar keçdiyi yerlərə diqqətlə kipləşdirilmələdir Təzyiqi 6 kqq/sm2 (0,6 MPa-dan) artıq olan qaz kəmərlərinin göstərilən tikintilərin divarlarından keçirilməsinə icazə verilmir. 

Qaz kəmərləri istilik xətləri ilə kəsişdikləri yerlərdə onların istilik xətləri ilə kəsişdikləri kameraların tikinti konstruksiyalarından, keçidsiz kanallarından və taxçalarından keçirilməsinə icazə verilmir. 

Qaz kəmərləri ilə istilik şəbəkələrinin kameraları və taxçaları arasındakı məsafə horizontal (işıqda) 0,3 m-dəm az olmamalıdır.

...