+1 səs
144 baxış
Qanun, Hüquq bölməsində

Yeraltı qaz kəmərlərinin nəqliyyat yollarının altından keçirilməsi zamanı hansı qaydalara əməl edilməlidir?

1 cavab var:

0 səs
 

Bütün təzyiqli yeraltı qaz kəmərlərinin dəmir yolu və tramvay yolları ilə, I, II, və III – dərəcəli avtomobil yolları ilə, həmçinin şəhərin hüdudlarında sürətli yollarla, maqistral küçələrlə və ümumşəhər əhəmiyyətli yollarla kəsişdiyi yerlərdə cəkilməsi polad futlyarlarda nəzərdə tutulmalıdır. Qaz kəmərlərinin magistral küçələrlə və rayon əhəmiyyətli yollarla, həmçinin yerli əhəmiyyətli küçə və yollarla kəsişdiyi yerlərdə futlyarların qoyulma zərurəti nəqliyyatın hərəkətinin intensivliyindən asılı olaraq layihə təskilatları tərəfindən həll edilir. Bu halda oz davamlılığına və uzun ömürlüyünə görə qoyulan şərtlərə cavab verən qeyri metal futlyarların nəzərdə tutulmasına yol verilir. Futlyarların ucları kipləşdirilməlidir. Futlyarların bir ucunda muhafizə qurğusunun altına çıxan nəzarət borucuğu nəzərdə tutulmalıdır, qəsəbələrarası qaz kəmərlərində isə torpaq yatağının kənarından 50 m-dən az olmamaqla kənara çıxarılan, nümunə göturmək üçün qurğusu olan, sorucu şam nəzərdə tutulmalıdır. Futlyarların borulararası boşluğunda qaz təchizatı sistemlərinə xidmət etmək üçün təyin edilmiş istismar olunan rabitə, telemexanika, telefon və elektrik mühafizə drenaj kabellərinin çəkilməsinə yol verilir.

...