+2 səs
135 baxış
Qanun, Hüquq bölməsində

Tikintisi başa çatmış şəhər qaz kəmərlərinin və avadanlıqlarının istismara qəbulu necə aparılır?

1 cavab var:

+1 səs
 

Tikinti işləri tam başa çatdıqdan sonra sifarişçinin təşəbbüsü və onun nümayəndəsinin sədrliyi ilə podrat təşkilatın, layihə təşkilatının, aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinin, Dövlət Qaz Nəzarəti İdarəsinin, digər dövlət orqanlarının nümayəndələrinin daxil olduğu işçi qəbul komissyası yaradılır. Podrat təşkilat razılaşdırılmış, təsdiq olunmuş və qeydiyyatdan keçmiş layihə sənədlərini, obyektin texniki-icra sənədlərini (üstü örtülmüş işlərin qəbulu aktları, qaynaq işlərinin jurnalı, möhkəmliyə və kipliyə sınaq aktları, sınaq və üfürülmə təlimatları, istifadə olunmuş materialların sertifikatları, quraşdırılmış avadanlıqların pasportları, qaynaqçıların sertifikatları, yaxud vəsiqə və diplomları, qaynaq birləşmələrinin yoxlanılması üzrə laboratoriyanın protokolları və digər texniki sənədlər) işçi komissiyasına təqdim edilməlidir.

...