+1 səs
230 baxış

Hava proqnozu necə olur?

1 cavab var:

+1 səs
 

Proqnozlar məqsədindən, tərtibat müddətindən asılı olaraq müxtəlif ola bilər. Hər gün müxtəlif ölkələrdə yüzlərcə aviasiya proqnozları ha zırlanır (heç bir dispetçer sinoptikin məsləhəti olmadan uçuşa icazə vermir). Bu məlumatlarda uçuş trası boyu aviasiya havasının necə olacağı, çovğun mərkəzləri, bulııdluluğun vəziyyəti və hündürlüyü, küləyin gücü göstərilir.

İnsan fəaliyyətinin hava proqnozundan asılı olmayan sahəsi yoxdur. Aqroiqlim proqnozlarında, kənd təsərrüfatı bitkilərinin inkişaf şəraitinə (onun əsasında məhsuldarlıq da proqnozlaşdırılır) təsir edən amillər proqnozlaşdırılır. Dəniz proqnozları güclü küləklərin və qasırğaların gözlənilməsini, onların yarandığı şəraiti müəyyən edir. Belə proqnozlar olmasa, kosmik raketlərin uçuşu mümkün olmaz. Havanın istiləşməsi və soyuqlaşması haqqında məlumatları vaxtında verdikdə tonlarla yana-cağa qənaət etmək olar. Hidrometeoroloji proqnoz elektrik xətlərinin, qaz və neft kəmərlərinin çəkilişi, iri tikililərin aparılması üçün zəruridir.

Proqnozların vaxtında verilməsinin çox böyük əhəmiyyəti var. Proqnozların bir neçə növü var: çox qısamüddətli proqnoz (yaxın bir neçə saat üçün), qısamüddətli (24-72 saat üçün), orta müddətli (72-144 saat, bəzən 10 günə qədər), uzunmüddətli proqnoz (bir aylıq, iki aylıq, yaxın mövsüm üçün), iri şəhərlərdə, hava və dəniz limanlarında çox qısamüddətli proqnozlar hazırlamaqdan ötrü 50 km radiusunda fəaliyyət göstərən radiolokatorlar qurulur. Radiolokatorlara qoyulmuş kompüterin ekranında yağıntı və ildırım yaradan iri buludların cəmlənməsi əks olunur. Qısamüddətli və orta qısamüddətli proqnozlar hər gün televiziyada, radioda səslənir, qəzetlərin səhifələrində dərc edilir. Havanın dəqiq proqnozlarının verilməsi üçün müəyyən vaxt həddi mövcuddur. Məsələn, iki həftədən artıq müddət üçün düzgün proqnoz vermək mümkün deyil. Ona görə ki, Yer səthilə hərəkət edən hava axınları öz yollarında müxtəlif maneələrə - meşə, çəmən, dağ, 1 yarğan, tikinti, dəniz, çay və s. rast gəlir. Onların atmosfer modellərinə təsiri ümumi şəkildə nəzərə alınır. Bundan başqa, atmosferin bütün nüvəcikləri haqqında zəruri məlumat əldə etmək olmur. Bu da dəqiq hesabatların tərtib edilməsinə imkan vermir.

Uzunmüddətli proqnozları necə tərtib edirlər?

Havanın gələcək inkişaf proqnozunu vermək üçün son 40-50 ilə aid hava məlumatları arxiv materialları əsasında təhlil edilir. Müvafiq göstəricilərin çoxillik gedişlərindən istifadə edərək, müəyyən region üçün uzunmuddətlı proqnoz hazırlanır. Dəqiq uzunmüddətli proqnozların hazırlan ması yaxın gələcəkdə həyata keçirilə bilər.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
...