+2 səs
173 baxış
Qanun, Hüquq bölməsində

Xarici qaz kəmərləri necə çəkilməlidir?

1 cavab var:

0 səs
 

Yaşayış məntəqələri ərazisində xarici qaz kəmərləri əsasən torpağa basdırılmalı, sənaye və kommunal müəssisləri ərazisində isə yerin üstü ilə çəkilməlidir. Məntəqələrarası qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici boyu ilə). Binaların divarının xarici hissəsindən yeraltına keçən bütün yeraltı kommunikasiyaların girişləri və çıxışları kipləşdirilməlidir. Təzyiqi 6 kqq/sm2 (0.6Mpa) qədər olan qaz kəmərləri yanmayan (dəmirbeton, metal və daş) avtomobil və piyada körpüləri ilə, 12kqq/sm2 (1,2Mpa) qədər təzyiqli qaz kəmərləri isə bəndlər və başqa hidrotexniki tikililərin üzəri ilə çəkilə bilər.

...