0 səs
146 baxış

Zeliqman kristalı nəyə deyilir?

1 cavab var:

0 səs

"Zeliqman kristalı" təbiət tərəfindən yaradılmış adi kristal deyil. Bu, baş qərargahı İngiltərənin Kembric şəhərində yerləşən Beynəlxalq Qlyasiologiya Cəmiyyətinin təltif etdiyi mükafatdır. Kristal cəmiyyətin birinci prezidenti Cerald Zeliqmanın şərəfinə bu adı almışdır. O, 1936-cı ildə qar və buzun öyrənilməsi üzrə assosiasiyanın əsasını qoymuşdur. 1947-ci ildə həmin assosiasiya adını dəyişərək, Britaniya Qlyasiologiya Cəmiyyəti adlandırılmışdır (1972-ci ildən etibarən o, beynəlxalq təşkilat olmuşdur).

"Zeliqman kristalı" mükafatı XX əsrin 60-cı illərindən başlayaraq mükafat kimi təltif olunur. O, taxta əsasa birləşmiş şüşədən olan şəffaf altı tilli prizma şəklindədir. Onun yuxarı tilində qar kristalının cizgiləri, aşağısında isə mükafat alanın adı və onun təltif olunduğu tarix həkk olunmuşdur, ilk mükafatlandırılan şəxs C.Zeliqmanın özü olmuşdur.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 24 Mayda anonim
0 səs
1 cavab
soruşub 23 Mayda anonim
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 19 Mayda anonim İş, Karyera, Peşə bölməsində
...