0 səs
91 baxış
Qanun, Hüquq bölməsində

Qaz paylayıcısı kimdir?

1 cavab var:

0 səs
 

Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Qaz təhlükəli olduğu üçün onun buraxılması, tələblərə uyğun olaraq yerinə yetirilməlidir. Qaz kəmərlərinə, QPM-ə (Qaz paylayıcı məntəqə) və qazla işləyən obyektlərin qaz avadanlıqlarına qazın buraxılması üzrə işlərin qaz təsərrüfatı müəssisələrinin ixtisaslaşdırılmış işə buraxılma-sazlama təşkilatları tərəfindən (paylayıcılar, əmtəə operatorları) aparılmasına icazə verilir.

...