0 səs
215 baxış

Buzlaq nədir?

1 cavab var:

0 səs
 

Sututarlardakı buzdan fərqli olaraq, buzlağın buzu qardan yaranır. Yazda və yayda əridiyindən, o qışda çox qar yığılan yerlərdə yığılır. Qar örtüyü getdikcə qalınlaşır, onun donmuş layları getdikcə daha güclü təzyiqə məruz qalır. Ərimiş su onlara hopur və sonra donur. Nəticədə yığılmış qar əvvəlcə fırnə (yəni dənəvər, laylarda yığılmış “köhnə qar”), sonra isə daha da qalınlaşaraq və təkrar kristallaşaraq buz kütləsinə çevrilir. Çoxillik qar-buz kütlələri inkişafının ilk mərhələsində passiv və praktik olaraq hərəkətsiz olur; onların forması bütövlükdə yerləşdikləri çökəkliyin relyefindən asılıdır. Bunları çoxillik qar adlandırırlar. Yalnız çoxillik qarlar ağırlıq qüvvəsinin təsiri altında hissediləcək hərəkətədək daha da qalınlaşaraq yeni mərhələyə keçir və əsil buzlaqlara çevrilir.

Beləliklə, buzlaqlar qarın toplanması və şəklini dəyişməsi hesabına yaranmış çoxillik təbii buz kütlələridir. Onlar ağırlıq qüvvəsinin təsiri altında yerini dəyişir və axın, şişmiş sipər və ya üzən tava (şelf buzlaqları) formasını alır.

Buzlaqlar çoxlu güclü qar yağan yerlərdə həm qışda, həm də yayda havada aşağı temperatur müşahidə olunan ərazilərdə mövcud ola bilər. Bu, hər şeydən əvvəl, orta illik temperaturu -30°C-yə yaxın olan Qrenlandiyanın daxili əraziləri və həyatın olmadığı Şərqi Antarktida yaylası üçün xarakterikdir (burada orta illik temperatur -50°C-dən -57°C-dək tərəddüd edir).

Soyuq iqlimin hökm sürdüyü yüksək dağlıq ərazilərdə də buzlaqlar vardır. Nəinki mülayim qurşaqda, həmçinin aşağı - tropik və ekvatorial enliklərin dağlıq rayonlarında da buzlaqlar mövcuddur.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 10 Noyabrda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
0 cavab
soruşub 05 Noyabrda anonim
0 səs
0 cavab
soruşub 19 Oktyabrda anonim
0 səs
0 cavab
soruşub 12 Oktyabrda anonim
0 səs
0 cavab
soruşub 03 Oktyabrda anonim
...