+1 голос
184 просмотров
от в категории İnternet, Kompüter

RAID nədir?

2 Ответы

0 голосов
от
 
Лучший ответ

RAID (Redundant Array of Indepentdent Disks). Bizim məlumatların yazıldığı bütün disklər müəyyən səbəblərdən zədələnə bilərlər. Məlumatlarımız bizim üçün çox önəmli olduğuna görə maksimum şəkildə bu məlumatları qorumağa çalışırıq. Bu səbəbdən disklərimizi də zədələnmələrə qarşı qoruyuruq. Yuxarıda qeyd etdiyimiz problemi həll etmək üçün bir məlumatı iki və ya daha çox diskə yaza bilərik. Əslində özümüz də bilmədən RAID-in açıqlamasını verdik. Bunları təmin etmək üçün iki cür RAID var: 1) Software RAID 2) Hardware RAID

Software RAID

Adından da göründüyü kimi proqram səviyyəsində təmin olunan RAID-dir. Bu növ RAID-in təmin olunmasında əsas yük CPU-nun üzərinə düşür. Şirkət mühitlərində praktik olaraq çox az tətbiq edilir. Bundan başqa hardware RAID-in performansı software RAID-ə görə daha çoxdur.

Hardware RAID

Bu RAID növü isə RAID controller kartlar ilə təmin edilir. Aşağıdakı şəkildə nümunə görə bilərsiniz. Bu RAID növü daha çox RAID tipi dəstəkləyir, eyni zamanda yüksək performans təmin edir. Bundan başqa hardware RAID əməliyyat sistemindən asılı olmur.

Bir çox RAID tipləri var. Biz isə ən çox istifadə olunan RAID tipləri haqqında yazacağıq. Ancaq bu tiplər haqqında yazmamışdan əvvəl bəzi anlayışları izah etmək istərdim.

Hot Spare: RAID düzələn zaman hot spare imkanından faydalanırıqsa, bu zaman kənarda boş gözləyən diskimiz olur. RAID-in disklərinin hər hansı biri zədələndiyi zaman kənarda gözləyən bu disk həmin zədələnmiş diskin yerinə keçir və məlumatlar bu hot spare diskə yazılmağa başlayır.

Hot Swap: Bu funksionallıq vasitəsilə serverin işini saxlamadan zədələnmiş diski dəyişə bilirik.

RAID tiplərini qurmamışdan əvvəl daha bir neçə məsələni bilməyimizdə  fayda var. Belə ki, RAID qurulumu həyata keçirdən zaman bütün disklərin eyni RPM, eyni həcm olmasına ehtiyac yoxdur. Amma bir çox yerlərdə biz həmişə oxumuşuq və ya eşitmişik ki, RAID qurulan zaman bütün disklər eyni olmalıdır deyilir. Bu raidin novlerine gore deyisir hamisina aid ede bilmerik.

0 голосов
от

Həcm Hard disk baxımımdan RAIDden RAİDde ferq var, misal üçün raid 1də həcm eyni olmalıdır, mirroring elə özü bunu izah edir. Bəli bəzi raidlər üçün hecm ferqli ola bilər misal RAİD 0 , 5 və s. ama burda bir nüans var misal üçün 4 ədəd HD 750 Gb ve 1 ədəd HD 500 GB var ve biz isteyrik onların hammısın istifadə edək. Bu halda 5 HD olsada ən balaca yaddaş olan HDin kapasitetine uygun olacaq obiriləri yəni. 5*500GB=2500GB edir ama biz yanlız 4 ədəd 740GBları istifadə elesəydik 3000GB olacaqdı.

Похожие вопросы

+1 голос
3 ответов
спросил 13 Окт от аноним в категории İnternet, Kompüter
+1 голос
3 ответов
спросил 11 Окт от аноним в категории İnternet, Kompüter
+1 голос
2 ответов
спросил 10 Окт от аноним в категории İnternet, Kompüter
+1 голос
1 ответ
спросил 10 Окт от аноним в категории İnternet, Kompüter
+1 голос
2 ответов
спросил 10 Окт от аноним в категории İnternet, Kompüter
...