+1 səs
184 baxış
İnternet, Kompüter bölməsində

Bitcoin nədir?

1 cavab var:

0 səs
 

Bitcoin – ilk rəqəmsal valyuta.

2008-ciil oktyabr ayında Satoşi Nakamuto ləqəbli bir şəxs internetdə şəbəkənin iş prinsipi və protokolun təsvirini əks etdirən “Bitcoin P2P e-cash paper” adlı fayl paylaşır və artıq 2009-cu ilin yanvar ayında ilk bitcoin yaradılır.

Bitcoinin ilk istifadəçiləri isə İT proqramçılar oldu və yarandığı ilk illərdə elə də populyar olmadı. 2013-cü ilin yanvar ayında bir bitcoinin dəyəri 13.4 ABŞ dolları oldugu halda həmin ilin noyabr ayında bitcoin dəyəri 1.000 ABŞ dollarına qalxdı. Bunun əsas səbəbləri bitcoinə olan tələbin artması, amerikan brauzer oyunlar şəbəkəsi Zynga-nın bitcoini dəstəkləməsi, həmçinin Kiprdəki universitetlərin birinin tələbələrin illlik ödəniş haqqının bitcoinlərlə ödənilməsi imkanı yaratması oldu.

Bitcoin sahiblərinin anonim olması kriminal aləmin və kölgə iqtisadiyyatının iştirakçılarının böyük marağına səbəb oldu. Tranzaksiyaların tam anonimliyi təmin olunan ödəniş sistemi silah satışı, insan alveri və çirkli pulların yuyulmasına zəmin yaradır. Bu səbəbdən 2013-cü ilin may ayında ABŞ-ın Milli Təhlükəsizlik Departamenti ödəniş sistemində bitcoinlərdən istifadə edilməsinə qadağa qoyaraq bitcoini çirkli pulların yuyulmasında əsas maliyyə instrumenti olduğunu iddia etdi.

Suretle bir cox yerlerde bitcoin isdifade edilir amma bir cox olkede bu pul vahidini oz olkelerinde qadagan edirler cunki nezaret ede bilmirler. Hal hazirda bitcoinden esasen deep web ve dark web de odenisler ucun isdifade edilir.

Oxşar suallar

0 səs
2 cavab
soruşub 19 Mayda anonim İnternet, Kompüter bölməsində
+3 səs
4 cavab
soruşub 12 Martda anonim İnternet, Kompüter bölməsində
+3 səs
3 cavab
soruşub 03 Martda anonim İnternet, Kompüter bölməsində
+3 səs
1 cavab
soruşub 02 Martda anonim İnternet, Kompüter bölməsində
+2 səs
3 cavab
soruşub 13 Oktyabrda, 21 anonim İnternet, Kompüter bölməsində
...