+1 səs
138 baxış
İnternet, Kompüter bölməsində

ATA nədir?

1 cavab var:

0 səs
 

Açılımı = Advanced Technology Attachment

Daimi yaddaş (Storage) qurğularını cihaza (komputerə) qoşmaq,bağlamaq üçün standart bir Interface'dir.Eyni zamanda da protokoldur daha doğrusu bi cihazların qoşulma prinsipidir.

Hard Disk Drive (HDD - sərt disk), CD/DVD Rider'ların komputerə qoşulması üçün yaradılmışdır. 2 növü vardır.

1) PATA - Parallel ATA

2) SATA - Serial ATA

1)PATA paralel naqil qoşulmasıdır. Yəni ATA şunurları paralel qoşulmuşdur. Məlumat ötürmə sürəti = 1.3 Gbps yəni (Gega bit per second) 1 saniyədə 1.3 Gega bit məlumat ötürə bilir. Köhnə sistemlərdə, Hard Disklərdə, pc və notebooklarda istifadə olunurdu. Lakin indi SSD və HDD' lər SATA'dan istifadə edir.

2) SATA ardıcıl naqil qoşulmasıdır. Yəni ATA şunurları ardıcıl qoşulmuşdur. Məlumat ötürmə sürətləri müxtəlifdir: - SATA1 = 1.5 Gbps

- SATA2 = 3 Gbps

- SATA3 = 6Gbps

Yeni nəsil Hard Disk'lərdə SATA texnologiyasından istifadə olunur. SSD( Solid State Drive) isə yeni texnologiya oldugundan ümimiyyətlə PATA'dan istifadə eləmir ancaq SATA'dan istifadə edir. Hətta SATA3'dən başlayır. SATA1 və SATA2'dən belə istifadə etmir.

HDD və ya CD/DVD qoşarkən komputerə 2 kabel qoşulur mütləq. Bir şunur bir ucu HDD'yə digər ucu isə Anakarta (Motherboard) taxılır və bu şunura Data Cable (informasiya şunuru) deyirlər.

O biri şunur isə QidaBlokundan (Power Suply) birbaşa HDD'yə gəlir qoşulur. Ya PATA yada SATA olur. Bu şunura isə Power Cable (güc şunuru) deyirlər. Power Supply'dan çıxan şunurun ucuna isə hansıki HDD'yə qoşulur o hissəyə Molex deyilir.

Şəkildə yuxari tərəfdə gördüyünüz nümunə PATA'ya, aşağıdaki isə SATA'ya aiddir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 14 Yanvarda anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 01 Fevralda anonim İnternet, Kompüter bölməsində
+3 səs
2 cavab
soruşub 13 Yanvarda anonim İnternet, Kompüter bölməsində
...