0 гол-в
196 просмотров
от

Bataqlıqlar harada olur?

1 Ответ

0 гол-в
от
 
Лучший ответ

 Bataqlığın əmələ gəlməsi üçün yer səthində çoxlu miqdarda durğun su yığılmalıdır. Bunun yaranmasında hər şeydən əvvəl rütubətli iqlim, çox da dərində yerləşməyən və səthə yaxın qrunt suları, üst qata yaxın yerləşən, suyu torpaqda saxlayan suyadavamlı təbəqə iştirak edir. Gursululuq vaxtı asta axaraq geniş yayılan çaylar tərəfindən düzənliklər kifayət qədər tez-tez bataqlıqlaşır. Həmçinin bataqlıqların yaranması üçün müəyyən zaman keçməlidir.

Bataqlıqlara rütubətlə yaxşı təmin olunmuş təbii zonalarda təsadüf olunmasına baxmayaraq onlar meşə zonasında daha çox yayılmışdır. Rusiyada bataqlıqlar böyük əraziləri tutur. Onun Avropa hissəsinin şimalında bataqlıq-laşmış meşə sahəsi 40%-ə çatır. Qərbi Sibirin tayqa meşələrində isə bataqlıqların sahəsi 50%-i ötüb keçir. Kareli-yada bataqlıqlaşmış sahələr olduqca çoxdur və müxtəlifdir. Burada onlar relyefin çökək yerlərində buzlaqlardan və ərimiş buzlaq sularının çay çöküntüləri ilə qarşısının kəsilməsindən yaranmışdır. Kareliyanın çoxlu sayda bitki ilə örtülmüş gölləri də bataqlığa çevrilmişdir.

Mənzərəli Valday yüksəkliyi meşələrində təpələr arasında buzlaqdan yaranan torflu bataqlıqlar və göllər vardır.

Belarusiyanın cənubunda və Ukraynanın şimal-qərbində “böyük iynəyarpaqlı meşələr qurşağından” Polesiye adlanan daha bir bataqlıqlaşmış massiv qalmışdır. Sahəsi 100 min km2-ə yaxın olan bu çökəklik Pripyat çayı hövzə-sindədir. İynəyarpaqlı meşələr göllər və bataqlıqlarla əvəz olunur, onların arasından çoxlu sayda kiçik çaylar və çeşmələr axır. Bu bataqlıqlar nəinki çökəkliklərdə, hətta yüksəkliklərdə və suayırıcılarında da yaranmışdır.

Bataqlaşmış ərazilər Qərbi Sibir çökəkliyində də çoxdur. Burada bataqlığın ümumi sahəsi 1 milyon km2-ə çatır. Ayrı-ayrı bataqlıqlar isə bir neçə hektardan bir neçə min km2-ə qədər sahə tutur. Burada çoxlu göllər və bataqlıqlar arasında ensiz bərzəx şəklində sıx tayqa meşələri inkişaf etmişdir.

Qərbi Avropanın hər yerində təbiət insan tərəfindən çox dəyişdirildiyindən təbii bataqlıqlara az təsadüf olunur. 

Asiyanın tropik sahələrində onun şimal rayonlarına nisbətən bataqlıqlar olduqca azdır. Bu buxarlanmanın çox və rütubətliliyin az olması ilə əlaqədardır. Rütubət buxarlanmadan çox olan yerlərdə, yəni yağıntı daha çox düşən və qrunt suları səthə yaxın olduğuna görə buxarlanma daha zəif gedən yerlərdə bataqlıqlaşmış meşələrə təsadüf edilir. Cənub-Şərqi Asiya və Hindistanın dəniz sahillərindəki qabarma zonalarında cəngəllik bürümüş duzlu meşə bataqlıqları, eləcə də çayların deltasında şirin sulu meşə bataqlıqları yayılmışdır.

Şimali Amerika da Avrasiya ilə eyni iqlim qurşağmdadır. Lakin bu materikdə bataqlıq azdır. Burada mülayim zonanın iqlimi qurudur, dağlar isə çoxdur. Torflu bataqlıq sahəsi Şimali Amerikada materikin ümumi sahəsinin bir faizindən çox deyildir. Əzəli bataqlıqlar əsasən Kanadanın şimalında, ABŞ-ın milli parklarında - Missuri çayı höv-zəsindədir.

Həddən artıq rütubətli ərazisilə seçilən Cənubi Amerikada daimi və mövsümi bataqlıqlar materikin ümumi sahəsinin 7%-dən çoxunu tutur. Nəhəng mövsümi bataqlıqlar əsasən Amazon çayı hövzəsində, Paraqvayda, Parana və Orinoko çaylarının deltasındadır. Də-nizsahili çökəkliklərdə isə duzlu, cən-gəllikli bataqlıqlar yayılmışdır.

Afrikada bataqlıqların sahəsi 260 min km2-dən çoxdur. Onlardan ən böyükləri Konqo, Niger, Zambezi çayları hövzəsində, Nilin yuxan hissələrində və bir neçə göllün ətrafındadır.

Avstraliyada materikin, demək olar ki, yansı quru və səhra zonası olduğundan torflu bataqlıqlar cəmi 3 min km2 sahəni əhatə edir.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 06 Янв от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+3 гол-в
1 ответ
спросил 30 Дек, 20 от аноним в категории Fəlsəfə, Dərkedilməyən
+1 голос
1 ответ
спросил 12 Окт, 19 от аноним
0 гол-в
1 ответ
спросил 25 Окт от аноним в категории Heyvanlar, Bitkilər
0 гол-в
1 ответ
спросил 25 Окт от аноним в категории Heyvanlar, Bitkilər
...