0 səs
87 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Gölün səviyyəsi necə dəyişir?

1 cavab var:

0 səs
 

Göl çökəkliyini dolduran suyun həcmi daimi deyildir. Gölü çay, qrunt suları və atmosfer yağıntıları doldurur. Göl suları buxarlanmağa, dağ süxurlarm-dakı çatlara hopmağa sərf olunur. Göldən çay da öz başlanğıcını götürə bilər. Müəyyən zaman ərzində gölə daxil olan suyun miqdarı ilə ondan sərf olunan suyun miqdarına görə göldəki suyun tarazlığı müəyyən edilir ki, bu da gölün su balansı adlanır.

Göllər axarlı və axarsız olur. Axarsız göllərdə ona daxil olan sular buxarlanmaya sərf olunur. Gölə daxil olan su buxarlanmaya sərf olunan sudan çox olduqda, artıq sular axaraq çayları yaradır. Belə göllər axarlı göllər adlanır (nadir hallarda göllərdə yeraltı axım olur). Çaylar göllərdən daimi, yaxud göl çökəkliyi su ilə tam dolduqda axır. Buxarlanma və yağıntıların miqdarı iqlimlə təyin edilir. Rütubətli iqlim şəraitində düşən yağıntıların miqdarı bu-xarlanmanı ötüb keçir və axarlı göllər daha çox əmələ gəlir (məsələn, Rusiyanın Avropa hissəsinin şimal-şərqində olduğu kimi). Quraq iqlimi olan ərazilərdə (xüsusilə Rusiyanın Avropa hissəsinin cənub-şərqində) göllərin əksəriyyəti axarsızdır.

Gölə daxil olan və ondan çıxan suyun miqdarı dəyişkən olduğuna görə onun səviyyəsi daim tərəddüd edir. Məsələn, Baykaldan qışda daha çox su axır. Daxil olan su az olduğuna görə onun səviyyəsi enir, yayda isə əksinə, gölə axın çox, sərf olunan su isə az olduğuna görə səviyyə qalxır. Göldə ən hündür və ən alçaq səviyyələr fərqi orta hesabla 82 sm, nadir hallarda isə 140 sm-ə çatır.

Göllərin səviyyəsinə başqa səbəblər də təsir edir. Bəzən su bir sahildə artır, əks sahildə isə çəkilir. Bu hadisə qovulma və çəkilmə adlanır və güclü küləklərin, atmosfer təzyiqinin kəskin düşməsi nəticəsində baş verir. Külək dayanan kimi göldə səviyyə əvvəlki vəziyyətinə qayıdır. Göldə suyun tərəddüdünə zəlzələlər (xüsusilə də onun çökəkliklərində baş verən) təsir edir. Dağ gölləri səviyyəsinin qısamüddətli tərəddüdləri uçqunlar, sürüşmələr, qar uçqunları zamanı baş verir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
0 cavab
soruşub 21 Fevralda anonim
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
...