+1 👍
177 👀
Elektronika, Texnika

Dronu Azərbaycanda necə istifadə etmək olar?

1 Ответ

0 👍
 
Лучший ответ

Hələ ki, Bakı sakinlərinin dronlar vasitəsiylə yemək sifariş etməsi üfüqdə belə görünmür. Ona görə yox ki, Bakı küləklər şəhəridir və dronlar Bakı səmasında uça bilmirlər.

Sadəcə ona görə ki, pilotsuz uçan aparatların Azərbaycana gətirilməsi və istifadəsini tənzimləyən qanun yoxdur.

"Dronlar elə cihazlardır ki, onları hansı təyinatda istifadə etsən o sahədə uğurlu olar. Qanunsuz işlərdə istifadə edənlərə qarşı hüquq mühafizə orqanlarının əlində onlarla mübarizə üçün vasitələr olmalıdır",- Hazırda qüvvədə olan qanuna görə, pilotsuz üçan aparatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına salınıb.

Mülki Məcəlləyə 2016-cı ilin 17 mayında olunan dəyişikliyə görə, pilotsuz uçan aparatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən əşya sayılır.

Onu ölkəyə gətirərkən və ya ölkə daxilində satın alarkən bir neçə dövlət qurumundan icazə almaq tələb olunur.

İcazə verməli olan qurumlar:

  • Dövlət Mülki Aviasiya Administrasiyası
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
  • Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

Pilotsuz uçan aparatların istifadəsi üçün elektron qaydada Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət olunmalıdır.

Daha sonra digər adıçəkilən üç dövlət qurumu rəylərini Dövlət Mülki Aviasiya Adminstrasiyasına göndərir və oradan yekun cavab verilir.

Ama yenede dronlar ucun tam deqiq qanun yoxdu deye size esassiz olaraq yox cavabida gele biler yani icaze vermek yada vermememk onlara qalib ve eger icazesiz etirib istifade etsez bunun ucun cinayet mecellesine gore cinayet isi duse biler size onsuz kargo ile getirsez ergiler kamerasin cixaacag icaze alsaz qaytaracaqlar ama bele ozunuz kecirde bilsez de isletsez tuta bilerler.

Похожие вопросы

+1 👍
1
05/10/21 anonim Elektronika, Texnika
0 👍
0
23/06/21 anonim Digər
+1 👍
3
...