Yaşanan Gecikmələrlə Bağlı Açıqlama
Yaşanan gecikmələrlə bağlı müştərilərimizdən üzr istəyirik!
Əziz müştəri, Sizi çox yaxşı anlayır, narahatlığınızı bölüşür və iradlarınıza haqq veririk. Hər şeydən əvvəl yaşanan bu vəziyyətə, bağlamalarınızın gözlənilməz şəkildə gecikməsinə görə Sizdən səmimiyyətlə üzr istəyirik. Şühbə etməyinizi istəmirik ki, mövcud problemlə bağlı yaşadığınız məyusluğu anlayır, haqlı narazılığınızı aradan qaldırmaq üçün var gücümüzlə çalışırıq.
Fəaliyyət göstərdiyimiz illər ərzində müştəri məmnuniyyəti hər zaman şirkətimizin 1 nömrəli prioriteti olub və bu gün də belədir.
Lakin çox təəssüf ki, bəzən bizim də qətiyyətlə qarşı olduğumuz, bununla belə heç bir müdaxilə edə bilmədiyimiz çətinliklər yaranır. Belə çətinliklərdən növbətisi də Sizin də şahid olduğunuz kimi son bir ayda yaşanır.
Covid-19 pandemiyasının yaratdığı bu normal olmayan həyat axını müddətində həm Mover, həm Dövlət Gömrük Komitəsi, həm də Bakı Karqo Terminalının əməkdaşları hər gün virusa yoluxmaq riski ilə üz-üzə qalaraq, bu çətin şəraitdə ölkəyə daxil olan yüklər üzərində fasiləsiz əməliyyat həyata keçirir.
Sizdən bütün bu narahat vəziyyətlə bağlı bir daha üzr istəyir, xoşməramlı mövqeyinizə sığınırıq. Sizi əmin edirik ki, yaşanan problemi çox qısa zaman ərzində həll edəcək, yenə hər zamankı problemsiz alış-veriş dövrümüzə qayıdacağıq.
Qeyd etmək istəyirik ki, bağlamalarınız sizə 4 Yanvar tarixindən gec olmayaraq təhvil veriləcək!
Anlayışınıza ümid edir, Covid-19 bəlasından özünüzü və yaxınlarınızı qorumağınızı arzu edirik.