0 səs
199 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Göllər necə inkişaf edir?

1 cavab var:

0 səs
 

Göl çalalarının mənşəyinin müxtəlif olmasına baxmayaraq, onlar su ilə dolduqdan sonra bütün göllərə aid olan ümumi qanunla inkişaf edirlər. Göldəki su, onu əhatə edən atmosfer havası, dağ süxurları, torpaq, bitki və canlıları ilə qarşılıqlı əlaqədə olur. Suyun həcmi (böyük göllərdə bu min kub-kilometrlərə çatır) landşaftı, hər şeydən əvvəl, gölün öz çalasının relyefini kökündən dəyişir. Gölə tökülən sular və dalğaların hərəkəti uzun müddət sahilləri döyür, onu dağıdır və gölün çalası böyüyür. Yuyulmuş süxurlar quma və çınqıla çevrilərək gölün dibinə daşınır. Sahillər geri çəkilərək maili olur və nəticədə bir daha dağılmağa məruz qalmır. Çaylarla gölə daxil olan gətirmələr - lil və s. də gölün dibində kələ-kötürlük yaradır.

Göllərdə nəinki mineral, həm də üzvi maddələr toplanır. Yayda göldə inkişaf edən mikroskopik canlılar və bitkilər məhv olduqda onların qalıqları ilin soyuq dövründə dibə çökərək lil təbəqələri əmələ gətirir. Mütəxəssislər bu layları öyrənməklə gölün yaşını təyin edirlər.

Gölün dibində olan çöküntülərin miqdarı ildən-ilə artır və onun dibini qaldırır, göl dayazlaşır, bataqlığa çevrilərək məhv olur. Demək olar ki, hər bir gölün özünəməxsus "həyat yolu" vardır. Göllər öz çökəklikləri ilə birgə yaranır, genişlənir, köhnəlir və təbii yolla məhv olur. Buna görə də gənc, yetkin, qoca göllər haqqında danışmaq olar.

İlk başlanğıcda göldə üzvi maddələr az olur. Bitki və heyvan qalıqları onun dibində az miqdarda yığılır. Göl nə qədər dərin olarsa, onun gənclik dövrü o qədər uzun olar. Buna dərin Baykal, Tanqanika, Niyasa və təmiz şəffaf suyu olan dağ gölləri aiddir.

Göllər dayazlaşdıqda dalğa bütün su kütləsini hərəkətə gətirir. Bununla birlikdə dib çöküntüləri də hərəkət edir, üzvi maddələrin miqdarı artır. Belə qocalan göllərə Rusiyanın Avropa hissəsinin orta qurşağında daha çox təsadüf olunur.

Təbii halda göldə üzvi maddələr olduqca gec toplanır. Kiçik göllərdə min illərlə, dərin göllərdə isə milyon illərlə bu proses davam edir. İnsanlar göllərin inkişaf yolunu sürətləndirir. Avropanın bütün göllərini bu proses əhatə etmişdir. Volxov alüminium zavodundan çıxan tullantı sular Ladoqa gölünü əhəmiyyətli dərəcədə dəyişmişdir. Yalnız zavodun bağlanması onu xilas edə bilər.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
0 cavab
soruşub 09 Noyabrda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
...