0 səs
175 baxış
İnternet, Kompüter bölməsində
amazon.com saytı nədir?

1 cavab var:

0 səs
 

Amazon.com, işə əvvəllər sadəcə kitab sataraq başlamışdır. Bu gün Amazonda DVD, musiqi CD, kompüter proqram təminatı, kompüter oyunları, elektron mallar, aksesuarlar, mebel kimi müxtəlif mallar satılır. Şirkət, həmçinin öz istehlakçı elektronikası məhsulları (Kindle eBook oxuyucuları, Fire tabletləri, Fire TV və Echo) istehsal edir. Amazon eyni zamanda dünyanın ən böyük bulud infrastrukturu xidmətidir (IaaS). Şirkət, həmçinin AmazonBasics markası altında USB kabel kimi sadə məhsullar satır.

Amazon-un ABŞ, İngiltərə və İrlandiya, Fransa, Kanada, Almaniya, İtaliya, İspaniya, Hollandiya, Avstraliya, Braziliya, Yaponiya, Çin, Hindistan və Meksika üçün ayrıca alış-veriş saytları var.

Amazon'un son illərdəki ən böyük irəliləyişi, elektron kitab oxuyan Kindle'nin istifadəyə verilməsi olmuşdur. Hal-hazırda Kindle 3 adı altında satılan cihaz Amazon-un ən çox satılan məhsuluna çevrilib. Amazon web saytında da Kindle vasitəsilə oxuna bilən böyük bir elektron kitab kitabxanası var. Dünyanın ən məşhur alış-veriş saytlarından biri olan Amazon.com-un loqotipindəki sarı ox təkcə təbəssümlü deyil, həm də hər şeyi a-dan z-a qədər amazon.com-da tapa biləcəyinizi bildirən gizli bir simvoldur.

Həm də Amazon.com, Alexa.com, Goodreads, a9.com, 43things.com, Audible.com, IMDb və Twitch.tv kimi böyük İnternet şirkətlərinə sahibdir.

Amazon.com 4 sentyabr 2018-ci ildə bazar dəyəri 1 trilyon dollara çatdı. "Apple" dan sonra bazar dəyəri 1 trilyon səviyyəyə çatan ikinci şirkətdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
0 səs
0 cavab
soruşub 02 İyunda anonim İnternet, Kompüter bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim İnternet, Kompüter bölməsində
+3 səs
4 cavab
soruşub 12 Martda anonim İnternet, Kompüter bölməsində
+3 səs
3 cavab
soruşub 03 Martda anonim İnternet, Kompüter bölməsində
...