0 👍
170 👀
Şəhər, Ölkə, Coğrafiya

Niyə yerdə şirin su qurtarmir?

1 Ответ

0 👍
 
Лучший ответ

İnsanın qan-damar sistemi fasiləsiz qan axan qapalı zəncirə bənzəyir. Bu sistem dairəvi olduğundan qan dövranı dayanmır. Planetimizin su şəbəkəsi də bu prinsiplə qurulmuşdur. Su Yerdə daimi dövrana daxil olmuşdur. Bu dövranın halqalarının bir yerində su azaldıqda yerini başqa halqa doldurur. Suyun dövranı günəş enerjisi və ağırlıq qüvvəsinin təsiri hesabına baş verir. Su dövranı hidrosferin bütün hissələrini, o isə öz növbəsində təbiətin digər komponentlərini bir-birilə birləşdirir.

Bizim planetdə suyun dövranının ümumi görünüşü belədir: günəş şüalarının təsirindən okean və quru səthindən su buxarlanır, atmosferə daxil olur. Su quru səthdəki çaylar, sututarlar, torpaq və bitkilər tərəfindən buxarlandırılır. Suyun bir hissəsi yağış şəklində yenidən okeana, bir hissəsi isə küləklərlə quruya daxil olur, yağış və qar halında düşür, torpağa hoparaq yeraltı suları yaradır. Müəyyən hissəsi isə səthlə çaylara və göllərə axır. Torpaqda yaranan rütubətin bir hissəsi bitkiyə daxil olur, yenidən buxarlanır və atmosferə qalxır, az bir hissəsi isə yenidən çaylara axır. Çaylar əsasən kiçik çaylardan, yeraltı sulardan qidalanır və axaraq Dünya okeanını doldurur. Su onun səthindən yenidən buxarlanır, atmosferə qalxır, qapalı dövran yaranır. Suyun belə hərəkəti yer səthinin bütün hissələri və təbii komponentlər arasında milyon illərdir, fasiləsiz olaraq, davam edir.

Похожие вопросы

0 👍
1
+3 👍
1
+2 👍
1
...