+1 səs
503 baxış
Tibb, Sağlamlıq bölməsində

Antropometriya nədir?

2 Cavab

0 səs
 

Antropometriya insanın fiziki inkişafının: boyunun bədən kütləsinin, döş çevrəsinin, tənəffus funksiyasmm (spirometriya), əzələ gücünün (dinamometriya) tə'yin edilməsi. Sadə antropometrik ölçmələri tibb bacılan apanrlar.

Boyun ölçülməsi. Boyu boyölçən alətlə ölçürlər. Onun şaquli dayağı meydançaya bərkidilmiş və santimetrlərə bölünmüşdür; üfqi yerləşmiş planşet dayağın üzəri ilə aşağı-yuxan apanlır. Xəstənin boyunu ölçdükdə o, arxasını dayağa tərəf çevirib dabanlarını, sağnlannı, kürəyini və ənsəsini ona toxundurur. Başını elə saxlayırlar ki, xarici eşitmə keçəcəyinin yuxan lərəfi və gözlərin küncləri bir üfqi xətt üzərində olsun; planşeti başım üzərinə sahr və şkalanm üzərindəki bölgüləri planşetin aşağısma qədər sayırlar. Bə’zən xəstənin boyunu onun oturmuş vəziyyətində də ölçürlər, onda xəstənin hündürlüyü üstünə stuldan döşəməyə qədər olan məsafəni gəlirlər. Xəstəni tibb tərəzisində çəkirlər; tərəzi düzgün qoyulmalı və yaxşı tənzim edilməlidir. Xəstələri xəstəxanaya daxil olduqda, sonra həftədə Ən azı bir dəfə, ehtiyac olduqda isə tez-tez çəkirlər. Xəstəni həmişə eyni vəziyyətdə— acqarına. alt paltarda, sidik kisəsi və mümkünsə bağırsaqlar boşaldıqdan sonra çəkirlər. Ağır xəstəbri stulla birlikdə çəkmək olar, lakin stulu əvvəlcə çəkmək lazımdır. Tərəzinin yırğalanmaması üçün çalışmaq lazımdır ki, xəstə tərəzinin ortasına kilid bağlı ikən çıxsın. Tarazlıq əmələ gəldikdə kilidi qaldınrlar.

Döş çevrəsini ölçmək üçün santimetrbrə bölünmüş lenti qabaqdan IV qabırğaya, daldan kürəklərin altına qoyurlar. Xəslə əllərini aşağı sallayır, sakit nəfəs ar. Ölçməni xəstə nəfəsini buraxıb dərindən nəfəs aldıqda aparırlar.

Spirometriya—ağciyərlərin tənəffüs həcminin ölçülməsi. Spirometriya vasitəsilə ağciyərlərİTi həyat tutumunu (AHT) tə'yin edirlər. Kişibrdə о 3500—4500 kubsantimetr, qadınlarda isə—2500— 3500 kubsantimetrdir. Spirometriyanı sağlam adamları, xüsusən idmançıları müayinə edəndə, istirahət evbri və sanaloriyalarda, habeb ağciyərbrin və ürəyin xəstəlikbri zamanı tətbiq edirbr. Spirometriya üçün Helçinson spirometrinin müxtəlif növbrindən istifadə edirlər: o, tutumu 6—7 1 olub bir-birinin içində olan iki silindrdən ibarətdir. Xarici silindrə su tökülür, içəridəki silindr isə başıaşağı endirilmiş və iki çəki daşı ib tarazlanmış olur: daşlann blokdan keçirilmiş ipi vardır. Daxili silindrin içərisində borucuq vardır, onun daxili ucu suyun səviyyəsindən yuxarıdır. Borucuğun xarici ucuna şüşə və ya rezin ucluqlu borucuq taxılır; ucluğu sterilizə etmək və dəyişmək olar. Spirometriya aparmaq üçün xəstəyə lap dərindən nəfəs almağı, burnunu sıxıb ağzmdakı şüşə uciuğa yavaş-yavaş maksimum nəfəs verməsini təklif edirbr. Nəfəs buraxılan hava cihazın içəridəki silindrini qaldırır, bu vaxt silindrin üzərindəki və ya aparatın yan tərəfmdəki şkala üzrə nəfəsb buraxılan havanın həcmini tə'yin edirbr. Tibb bacısı hər xəstədən sonra ucluğu çıxanr, onu işbmiş ucluqlar olan bankaya qoyur, kranın altında sabunia yaxşı yuyur və sterilizatora qoyub qaynadır. О biri xəstəyə sterilizatordan çıxarılmış ucluq verir. Ağçiyərlərin həyat tutumunu spirometrsiz də tə'yin etmək olar, lakin bu ancaq təxmini olacaqdır. Belə hesab edirlər ki, sağlam yaşh adam nəfəsvermə müddətində ucadan 30-dan 40-a qədər saya bilər. Xəstə 10-a qədər, yaxud bundan bir qədər çox sayarsa bu, aqciyərlərin həyat tutumunun təxminən 30%-ə düşdüyünü göstərir. Son vaxtlar sənayemiz əldə gəzdirilən portativ yeni spirometrbr buraxmağa başlamışdır.

Dinamometriya. Adətən insanm müxtəlif əzələ qruplannın qüvvəsini siferbiat oxuna birləşdirilmiş metal yaylı cihazla ölçürlər. Həmçinin civəii, hidravlik, elektriklə işləyən və rəqc|aslı dinamometrlər də var. Son vaxtlar A.V.Korobkov və Q.İ.Çernyayevin polidinamik dəzgahından istifadə edirlər. Bunun vasitəsilə miixtalif əzələ qruplannı aynca işlədib eyni şəraitdə onlarm qüvvəsini ölçmək olur.

Qarın çevrasinin ölçülməsi. Qan dövranı pozulduqda, qaraciyər sirrozunda, şişlərdə qarın boşluğuna yavaş-yavaş su yığıla bilər (assit). Assiti aşkar etmək üçün hər gün səhər acqarma xəstəbrin qarm çevrəsini ölçürlər. Santimetrlərə bolünmüş lenti daldan III bel fəqərəsinə və qabaqdan göbəyin uzərinə qoyurlar. Qarnın hətta bir santimetr böyüməsi qarm boşluğuna sibyığıldığını göstərə bilər.

0 səs
Antropologiyada insan bədəninin düz xətli ölçülərini və başqa fiziki xarakteristikasını (boyu, çəkisi, tutumluğu, çevrəsi və s.) ölçmə və tədqiq etmə sistemi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Fevralda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
3 cavab
soruşub 13 Yanvarda anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 13 Yanvarda anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
3 cavab
soruşub 13 Yanvarda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 03 Yanvarda anonim Tibb, Sağlamlıq bölməsində
...