0 səs
146 baxış
Heyvanlar, Bitkilər bölməsində

Bitkilərin həyat formaları

1 cavab var:

0 səs
 

Çiçəkli bitkilərin həyat formalarının (İ.Q.Serebryakova görə) üç əsas kateqoriyası ayırd edilir: odunlaşmış gövdəli, yanmodunlaşmış bitkilər və otlar.

Odunlaşmış gövdəli bitkilər üzərində tumurcuq başlanğıcı olan çoxillik yerüstü zoğlara malik olur.

Yanmodunlaşmış gövdəyə malik bitkilər yerüstü zoğlarının bir neçə il ərzində qismən qalması və torpaqdan 5-20 sm yuxanda yerləşən tumurcuq başlanğıclannın hesabına ölmüş uc zoğlarını yenidən bərpa etməsilə səciyyələnir. Yanodunlaşmış gövdəli bitkilər ağac bitkiləri və otlar arasmda aralıq yer tutur.

Adətən, otlar birillik (pomidor, buğda, günəbaxan), ikiillik (ağbaş kələm, baş soğan, yerkökü) və çoxillik (inciçiçəyi, aynqotu, erkək qıjı) olur.

Otların çoxillik yerüstü zoğlan olmur. Birillik otlann, ümumiyyətlə, çoxillik orqanları olmur.

Çoxillik otlann yeraltı və ya yerüstü qatına yaxın hissələri çoxillik olur (kökümsov, soğanaq, yumrulu soğanaqlan və s.).

Bambuk (bəzi növləri 40 m) və banan (bəzi növləri 15 m) ən hündür çoxillik ot bitkiləridir. Bu kökümsovlu bitkilərin yerüstü zoğlan hər il məhv olur, lakin əvəzinə tumurcuqlardan yeni zoğlar inkişaf edir. Noxud, paxla, lərgə lianşəkilli otlardır.

Odunlaşmış gövdəli bitkiləri üç yerə ayınrlar: ağaclar, kollar və kolcuqlar. Ağaclar çoxillik olub, gövdələri hündür, odunlaşmış olur, hudaqlanaraq çətir əmələ gətirir, ömrü boyu bu vəziyyətdə qalır. Ağacların hündürlüyü 2 metrdən 100 m-ə və daha çox (sekvoya, evkalipt, Afrika akasiyası) olur; yaşama müddətləri bir neçə ildən 4-5 min ilə qədərdir.

Ağaclar əsasən dikdurandır, lakin bəzi ağacların gövdələri yerə sərilir. Belə gövdələrə sərilən gövdələr deyilir (sidr). Çoxillik dırmaşan və sarmaşan bitkilərə lianlar deyilir (üzüm, rotanq palması).

Kollar ağaclardan fərqli olaraq 1 əsas gövdəyə yox, bir neçə yatmış tumurcuqdan inkişaf edən gövdələrə malik olur. Onlar, adətən, uzunömürlü olsalar da ayrı-ayrı gövdələri müəyyən müddət yaşayır (2 ildən 30-40 ilə qədər).

Kolların hündürlüyü 0,6-6m arasmdadır; lianşəkilli kollar da mövcuddur (qaymaqçiçəyi fəsiləsindən olan bəzi nümayəndələr).

Kolcuqlann (alçaqboylu kollar) hündürlüyü 5-60 sm, çoxillik zoğlarının ömrü 5-10 ildir. Kolcuqlar tundranın bitki örtüyündə, həmçinin iynəyarpaqlı meşələrdə üstünlük təşkil edir (süpürgə kolu).

Yanmkol və yanmkolcuqlar yanmodunlaşmış bitkilərə aiddir; onlar bir-birindən ümumi ölçüləri və çoxillik hissələri ilə fərqlənirlər. Yarımkollann hündürlüyü 80 sm, yarımkolcuqlann hündürlüyü isə 15-20 sm-dir. Yanodunlaşmış bitkilər səhralar və yüksək dağlıq yerlər üçün xarakterikdir (yovşan, kəklikotu); quşüzümü yanmkol-lianlara aiddir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 20 Noyabrda, 19 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
3 cavab
soruşub 02 Fevralda anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 20 Noyabrda, 19 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 07 Yanvarda anonim Digər bölməsində
+1 səs
1 cavab
...