0 səs
488 baxış
Heyvanlar, Bitkilər bölməsində

Bitkilərin əhəmiyyəti

1 cavab var:

0 səs
 

Bitkilərin fotosintez qabiliyyəti onlann planetdə əsas üzvi maddə istehsalçıları olmasına və heterotroflann, o cümlədən insanın tələbatını ödəməsinə səbəb olmuşdur.

Bitkilər mineral və üzvi maddələrin dövranında əhəmiyyətli rol oynayır.

Yalnız quruda bitən bitkilər tərəfindən 34 milyard ton müxtəlif kimyəvi element həyati proseslərə daxil edilir. Okean bitkiləri bu rəqəmə 10% də əlavə edir.

Bitki örtüyü iqlimə güclü təsir edərək, planetin temperatur rejimini formalaşdırır: yaşıl bitkilər tərəfindən karbon qazının mənimsənilməsi nəticəsində istixana effekti azalır, hərarət müasir səviyyəyə enir.

Bitkilərdən ayrılan oksigen qazı biosferi məhvedici təsirə malik qısadalğalı ultrabənövşəyi şüalardan qoruyur.

Bitkilər torpağın formalaşmasında fəal iştirak edir, onun üst qatlarında olan münbit hissəcikləri birləşdirir, torpağın eroziyasının və yuyulmasının qarşısını alır.

Yerin üzərində suyun toplanmasına və bununla əlaqədar bataqlıqların əmələ gəlməsinə bəzi bitkilər təkan verir. Müxtəlif geoloji dövrlərdə əmələ gəlmiş daş və boz kömür (liqnit), torf bitkilərin fotosintezedici prosesinin nəticəsidir.

İnsanların istifadəsindən asılı olaraq, bütün bitkilər aşağıda göstərilən qruplara bölünür:

1. Qidada və heyvanların yemində istifadə olunan bitkilər:

a) taxıllar - buğda, çəltik, qarğıdalı, darı, arpa, çovdar, vələmir, sorqo və s.

b) tərəvəz - kələm, yerkökü, çuğundur, xiyar, kartof, pomidor, badımcan, bibər və s.

c) meyvə bitkiləri - qarağat, rus alçası (firəng üzümü), moruq, banan, alma, armud, gavalı, albalı, şaftalı, ərik, üzüm, xurma, hindqozu və s.

ç) paxlalı bitkilər - noxud, lobya, soya, paxla və s.

d) yağlı bitkilər - günəbaxan, kətan, soya, çətənə, gənəgərçək və s.

e) şəkərli bitkilər - şəkər çuğunduru, şəkər qamışı və s.

ə) yem bitkiləri - yonca, qarayonca, xaşa, gülnoxudu, moqar, rayqras və s.

Dərman bitkiləri. Hazırda təbabətdə 300 növ dərman bitkisindən istifadə olunur. Onlardan ən əsas bitkilər: cirə, gülxətmi, xanımotu, pişikotu, çobanyastığı, bat-bat, dəlibəng (tatla), nanə, jenşen, eleuterokokk, cır limon, üskükotu, sürvə (adaçayı) və s.

Sənayedə istifadə olunan texniki bitkilər:

a) lifli bitkilər - pambıq, kətan, çətənə, kənaf və s.

b) aşımaddəli bitkilər - palıd, söyüd, küknar, sumax, dəvəqulağı (süpürgə), nar və s. Təbabətdə və dəri istehsalı sənayesində istifadə olunur.

c) efiryağlı bitkilər - qızılgül, zirə, cirə, lavanda, adaçayı (sürvə) və s. əczaçılıqda, ətriyyat, sabun istehsalı və qənnadı sənayesində istifadə olunur.

ç) kauçuk verən bitkilər - heveya ağacı, qvayula, kəndir və s.

d) boyaq maddəsini almaq üçün istifadə olunan bitkilər: zirinc, tozağacı, qırmızı gəndalaş, qara gəndalaş, ardıc, plaun və s.

Oduncağından istifadə olunan bitkilər - palıd, fıstıq, vələs, tozağacı, şam, ağ şam, qara şam və s. Bunların oduncağından yalnız tikinti materialı kimi deyil, sənayenin sellüloza - kağız, meşə - kimyəvi sahələrində, eləcə də yanacaq kimi istifadə olunur.

Bəzək bitkiləri - qızılgül, georgin, xrizantem (payızgülü), qərənfil, səhləb, kaktus, petuniya, süsən, qarğasoğanı və s.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 20 Noyabrda, 19 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
3 cavab
soruşub 02 Fevralda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 20 Noyabrda, 19 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
0 cavab
soruşub 26 Mayda anonim
+3 səs
1 cavab
...