+1 голос
193 просмотров
от

Seyşlər nədir?

2 Ответы

0 гол-в
от
 
Лучший ответ

Böyük göllərdə və körfəzlərdə xarici qüvvələrin təsiri ilə əmələ gələn durğun dalğalara seyişlər deyilir, ilk dəfə seyişlər isveçrəli alim Oqyüst Forel (1848-1931) tərəfindən Cenevrə gölündə aşkar olunmuşdur. "Seyş" termininin özü (fr. "seiche") "siccus" ("quru") latın sözündən əmələ gəlib, Cenevrə gölünün səviyyəsinin enməsi zamanı dibin qurumasına deyilir. Forel uzun müddət göldə müşahidələr aparmışdır. O, göldə suyun səviyyəsinin 1,8 m-ə çatan gözlənilməz tərəddüdünü diqqətlə öyrənmiş və Cenevrə gölündə durğun dalğaların mövcud olmasını müəyyən etmişdir.

Külək dalğaları irəliləyən, yaxud yerdəyişən dalğalar olduğu halda seyişlər durğun dalğalardır. Belə dalğalar öz yerini dəyişmir, yalnız rəqsi hərəkət edir. Su səthinin yuxarı-aşağı hərəkət edən sahələri qarın adlanır. Bununla belə, bəzi nöqtələrdə suyun səviyyəsi sabit qalır. Onlar durğun dalğaların düyünləri adlanır. Bəs, hansı təbii qüvvə sey-şin yaranmasına səbəb ola bilər? ilk növbədə, onlara siklon və antisiklonlar aiddir. Siklon qapalı hövzə üzərindən keçən zaman su kütləsini tarazlıq vəziyyətindən çıxarır və sahil yaxınlığında seyşlər əmələ gəlir. Bundan başqa, qasırğa vaxtı təzyiqin kəskin dəyişməsi hövzənin müəyyən sahəsinə düşən bol yağışlar, həmçinin hövzənin bir tərəfindən daxil olan daşqın suları seyşlərin yaranmasına səbəb ola bilər. Durğun dalğalara həyat verən qüvvələrin təsiri kəsilən kimi seyşlər tədricən sönür.

Durğun dalğaların amplitudu böyük deyil və onlarca santimetrlə ölçülür, bəzən isə bir neçə metrə çatır ki, bu da təcrid olunmuş dənizlərdə görünməz kiçik qabarmalar yaradır. Məsələn, Qara dənizdə ölçülmüş seyşlərin amplitudu 20-24 sm təşkil edir. Lakin bir dəfə tufan zamanı 60 sm amplitudaya malik seyşləri qeyd etmək mümkün olmuşdur. Ən böyük hündürlüyə (4,5 m) malik seyşlər Naqasaki buxtasındadır (Yaponiya), yerli sakinlər onları abiki adlandırırlar. Balear adalarında (İspaniya) isə onları rissaqa adlandırırlar (3-3,5 m). Böyük dağıntılara gətirən bu cür hadisələri təbii fəlakətlərə aid etmək olar.

Qısamüddətli rəqslərə malik seyşlər tyaqun hadisəsini əmələ gətirir. O, qapalı və yarımqapalı limanlarda əmələ gəlir. Gözlənilmədən böyük gəmilərin şvartları (ehtiyat lövbəri) qırılmaq təhlükəsinə qədər dartılır və yanında yerləşən gəmilərlə, yaxud liman qurğuları ilə toqquşa bilir. Lövbərdə dayanmış kiçik gəmilər nizamsız dövri hərəkət edir.

0 гол-в
от

Qapalı su hövzələrinin səthində rəqsi hərəkətlər, durğun dalğalar.

Seyşlər xarici təsirdən (atmosfer təzyiqinin kəskin dəyişməsi, külək, seysmik hadisələr və s.) yaranan dalğalarla hövzənin sahillərindən əks olunan dalğaların interferensiyası nəticəsində əmələ gəlir. Seysşlər zamanı bütün su kütləsi rəqsi hərəkətdə olur və bu, bir neçə dəqiqə, yaxud onlarca saat davam edə bilər. Termini elmə 1890-cı ildə İsveçrə təbiətşünası Fransua Forel daxil edib.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
2 ответов
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
1 ответ
спросил 19 Окт от аноним в категории Elm, Təhsil, Dillər
+2 гол-в
3 ответов
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
1 ответ
спросил 19 Окт от аноним в категории Elm, Təhsil, Dillər
...