0 👍
159 👀
Elektronika, Texnika

OnePlus X smartfonu

1 Ответ

0 👍
 
Лучший ответ

OnePlus X smartfonu yüksək davamlı ərintidən hazırlanmış nazik metal gövdəyə malikdir. Bu, ona yaraşıq verir, həm də güclü fiziki təsirlər zamanı gövdə çızılmır, çatlamır.

·                  Yüksək məhsuldarlıq. Smartfon istifadəçinin arzusu ilə  istənilən məsələlərin öhdəsindən gəlir. Onun texniki platforması böyük takt tezlikli dördnüvəli prosessordan, müasir qrafik sürətləndiricidən və 3 Gb operativ yaddaşdan ibarətdir.

·                  Real təsvir. 5 düymlük ekran özü işıqlanan pikselli AMOLED matrisası əsasındadır.  O, yüksək rəng fərqi və İPS panellərlə müqayisədə genişlənmiş rəngötürmə ilə şəkli maksimal təbii və dolğun rəngli edir. Böyük fiziki yükə davam gətirən Corning Gorilla Glass 3 şüşəsi ekranı xarici təsirlərdən qoruyur.

·                  Əla avtonomluq. Smartfonun fəal istifadəsində batareyanın tam enerji yükü 10-12 saata kifayət edir. Sürətli yükləmə texnologyasını dəstəkləməklə, cəmi yarım saat ərzində batareyanın 50%-dən çox tutumu bərpa edilir.

·                  Yüksəksürətli qoşulma. Səfərlər zamanı istifadəçi sevimli onlayn-xidmətlərə qoşulmaq problemindən narahat olmayacaqdır. Qurğu böyük ötürmə qabiliyyətinə malik, marşrutlaşma ilə birləşməni tələb etməyən 3G/4G ötürücülər ilə təchiz edilmişdir.

·                  Real fotoşəkillər. 13 meqapikselli əsas kamera cəmi 0,2 saniyəyə cavab verən faza avtofokusu və işıq-diodlu ani işıqlanma ilə tamamlanmışdır. Böyük işıqyığma qabiliyyətli optika ilə bu, istənilən işıqlanma səviyyəsində çox aydın kadrlar əldə etməyə imkan verir. 8 meqapiksellik ön kamera portretlərin avtomatik yaxşılaşdırılması funksiyasını, FullHD-video yazma rejimini dəstəkləyir.

·                  Tam fərdiləşmə. Androidin standart variantı ilə müqayisədə, OxygenƏS əməliyyat sisteminin xüsusi qabığı interfeysin modifikasiyasının və aparat hissəsinin ayarlarının genişlənmiş imkanlarını təqdim edir.  

Похожие вопросы

0 👍
1
18 11, 19 anonim Elektronika, Texnika
0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
...