+1 səs
82 baxış

Sunami nədir?

2 Cavab

0 səs
 

Okean dibində baş verən zəlzələlər və vulkan püskürmələri dalğalar əmələ gətirir və bu dalğalar o qədər güclü olur ki, sahilə çataraq dəhşətli dağıntılar törədir və çoxsaylı insan tələfatına səbəb olur. Sualtı təkanlar nəticəsində əmələ gələn dalğalar sunami adlanır. Yaponcadan tərcümədə "limanda böyük su", yaxud "qabarma" mənasını verir. Onlar çox böyük uzunluğa və yayılma sürətinə malikdir ki, bu da onun nəhəng dağıdıcı gücünü izah edir. Məsələn, 1896-cı il iyunun 15-də Yaponiyanın şimal-şərq sahilinə sunami dalğası yaxınlaşmışdır. O dar boğaza daxil olaraq 30 m-ə qədər yüksəlmiş və bir neçə yüz kilometr sahil boyunca 10 mindən çox binanı dağıtmış, onlarca insanın həyatına son qoymuşdur. 2004-cü il dekabrın 26-da Hind okeanının dibinin 25 km dərinliyində güclü zəlzələ baş verdi. Onun episentri Sumatra adasındakı Melabo şəhərindən 66 km cənubda yerləşirdi. Sunami, sözün həqiqi mənasında, Sumatranın bir neçə sahilyanı şəhərlərini dağıdaraq, şimal-qərb sahillərinin böyük hissəsini yer üzündən sildi. Hündürlüyü 20 metrə çatan nəhəng dalğalar seriyası onlarca ölkənin - İndoneziyanın, Tailandın, Malayziyanın, Şri-Lankanın və s. sahillərini viran qoydu. Suna-minin maksimal hündürlüyü 35 metr təşkil edirdi. Minlərlə evlər dağılmış, bütöv kəndlər yuyulub dənizə qərq olmuşdu.

280 min nəfərə qədər insan həlak olmuşdu. Bu, müşahidələr tarixində ən güclü sunami idi.

Yeraltı təkanlar, demək olar ki, həmişə Sakit okeanın dibini sirkələdikcə ildə yüzlərlə, minlərlə sunami əmələ gətirir. Xoşbəxtlikdən onların heç də hamısı belə dağıntılara gətirib çıxarmır.

Sunami necə əmələ gəlir? Onlar təkcə yeraltı vulkanların püskürməsi nəticəsində əmələ gəlmir. Zəlzələ zamanı çatlar və yer qabığı boyunca sürüşən dibin bir hissəsi enə (və ya qalxa) bilər və üst qatda yerləşən su sütununu saxlamaya bilər. Beləliklə, okean səthi rəqsi hərəkət etməyə başlayır və öz əvvəlki vəziyyətinə qayıtmağa çalışır, nəticədə isə bir sıra dalğalar seriyası əmələ gəlir. Hərəkət impulsu, praktik olaraq, səsin sudakı sürətinə (1500 m/san) bərabər sürətlə səthə doğru yayılır. Zəlzələ zamanı dib çökürsə, ilk olaraq, episentrdən enmə - sunami dalğasının çökməsi gedir. O, özünü sahil kənarında suyun sahildən geri çəkilməsilə büruzə verir. Bəzən bir neçə dəqiqə ərzində dəniz sahildən 1 km və daha çox uzaqlaşır. Əgər dənizin dibi qalxırsa, onda episentri ilk olaraq dalğanın yalı tərk edir. Bunu açıq dənizdə müşahidə etmək çox çətindir. Belə dalğalar xəbərdarlıq etmədən sahilə çırpılır.

Adətən sunami dalğalarının hündürlüyü onların yarandığı yerlərdə böyük olmur (orta hesabla 2 m-dən çox deyil) və gözlə görünmür. Yalnız daha güclü zəlzələ zamanı dalğanın episentrdə hündürlüyü 5 m-ə çata bilər.

Sunami dalğalarını proqnozlaşdırmaq çətindir. Yeraltı təkanlar tez-tez baş verir, lakin bu və ya digər gücə malik zəlzələnin hansı hündürlükdə sunami dalğalarını əmələ gətirəcəyi məlum deyil. Mürəkkəb və girintili-çıxıntılı relyefə malik olan sahillərdə sunami dalğalarının özünü necə aparmasını qabaqcadan demək isə daha çətindir.

0 səs
sualtı zəlzələlərin və vulkanların təsiri

Oxşar suallar

0 səs
3 cavab
soruşub 04 Martda anonim Şəxslər, Tarix bölməsində
0 səs
2 cavab
soruşub 04 Martda anonim Terminlər, Sözlər bölməsində
0 səs
2 cavab
soruşub 03 Martda anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
2 cavab
soruşub 03 Martda anonim Terminlər, Sözlər bölməsində
+1 səs
1 cavab
soruşub 03 Martda anonim Terminlər, Sözlər bölməsində
...