0 👍
144 👀

Xiaomi Mi4 smartfonu

1 Ответ

0 👍
 
Лучший ответ

Xiaomi Mi4 — əlverişli qiymətə yaraşıqlı müasir smartfondur.  Model ünsiyyət, iş və əyləncə üçün mobil funksiyaların zəruri dəstinə malikdir. Metal və plastikdən hazırlanmış möhkəm və rahat gövdə, 5 düymlük Full HD ekran, 3 Gb operativ yaddaşın dəstəyi ilə işləyən 2,5 GHz takt tezlikli 4 nüvəli məhsuldar prosessor bu modelin danılmaz üstünlüklərindəndir. Qurğu 3G mobil şəbəkələrdə işi dəstəkləyərək,Wi-Fi giriş nöqtələrindən asılı olmayaraq, internetdən istifadəyə imkan verir. 

Xiaomi Mi4 smartfonu özünün qiymət seqmentində ən yaxşı kameralardan biri ilə təchiz edilmişdir. O, Sony Exmor RS 13 meqapiksel matrisası əsasında yığılmışdır, sürətli izləyici avtofokus və f/1.8 diafraqmalı 6 linzalı obyektiv quraşdırılmışdır. Kameranın əlavəsi  HDR  rejimi, foto gözləməsinin əl ayarlaması, ağ rəngin balansı, fokus məsafəsi və s. daxil olmaqla, bir neçə funksiyanı dəstəkləyir. Ön kamera 8 meqapikselli matrisa ilə təchiz olunmuşdur ki, bu da keyfiyyətli avtoportretlər çəkməyə imkan verir. Modelin 3080  mAh həcmli batareyası standart istifadədə (zənglər, internet-axtarış, mesencerlərdə yazışma, fotoçəkiliş, müsiqi dinlənilməsi) gün ərzində əlavə elekrik yüklənmə olmadan, smartfonun işini təmin edir. 

Похожие вопросы

0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
0 👍
1
18 11, 19 anonim
...